İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun ermənilərdən geri aldığı yeni yüksəkliklərin görüntüləri yayılıb. Dalidag.az xəbər verir ki, əsgərlərimiz həmin ərazilərin videosunu çəkərək paylaşıblar. Videoda ermənilərdən qalmış postlar və silah-sursat da görünür./yenisabah.az Dalidag.az

İyulun 23-də Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində Ordumuzun mövqelərini Basarkeçərdən atəşə tutan və bir əsgərimizi – Fərman Yaqublunu şəhid edən ermənilərə Azərbaycan əsgərlərinin cavab zərbəsinin nəticələri haqda müxtəlif faktlar səsləndirilir. Dalidag.az xəbər verir ki, Ermənistan MN rəsmi olaraq Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində 3 erməni əsgərin yaralandığını bildirib. Ötən gün adları açıqlanan yaralılardan birinin ayağının ambutasiya olunduğu, digərinin isə

Almaniyalı jurnalistlər Qarabağda ekoloji terror haqda REPORTAJ hazırladılar - VİDEO“TRT Deutsch” alman izləyiçilərinə ermənilərin Qarabağda törətdikləri ekoloji terror haqqında danışıb. Dalidag.az xəbər verir ki, bunun üçün Almaniyadan gələn çəkiliş qrupu Zəngilana səfər edib. Oxçuçayın çirklənməsini öz gözləri ilə görən avropalı jurnalistlər bu barədə araşdırma aparıblar. Onlar Ermənistanın dağ-mədən sənayəsinin tullantılarının çaya axıdıldığını, bunun nəticəsində balıqların və digər
Yazı axını