Bayrağa, torpağa tapınan insanlar var ki, onların həyatda bir amalı, bir missiyası var - Vətənə xidmət. Harda yaşamasından, hansı mənsəb sahibi olmasından asılı olmayaraq bu cür insanlar hər addımında vətəni fikirləşir, əməli ilə öz övladlıq borcundan çıxmağa çalışır. Missiyasının kökündə Vətənə, torpağa, yurd-yuvasına, elinə-obasına sevgi, bağlılıq duran oğul və qızlarımız saysızdır. Onlar Vətənin çətin günündə canlarından keçməyə həmişə hazırdılar. İstər birinci Qarabağ, istərsə də 44 günlük

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu “National Interest” saytında “Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi” başlıqlı məqaləsi dərc olunub. Məqalədə ilkin səbəb kimi göstərilir ki, əslində 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi əslində “miatsum”, yəni Ermənistanla birləşmək idi. Bu hərəkət

Ermənistanda yeni bir ideya ilə ortaya çıxanlar var. İrəvan indi də yeni komissiya yaratmaq niyyətindədir. Guya bu dövlət komissiyası 44 günlük müharibədəki məglubiyyəti və minlərlə hərbçi itkisində günahkar olanları araşdıracaq. Dalidag.az xəbər verir ki, bu sözləri Ermənistanın “Pressinq” verlişinin efirində Almaniyada universitetdə çalışan dosent, hüquqşünas Qor Ohanesyan deyib. “Belə bir komissiya bir neçə il əvvəl də yaratmışdıq. Aprel döyüşlərini incələyirdi. Axırı nə oldu? Ermənistanın

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır. Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı
Yazı axını