Reklam
Ohanesyan: Nikol deyir ki, çəkiclə başlarını əzəcəm... - Video
28-07-2021 13:17

Ermənistanda yeni bir ideya ilə ortaya çıxanlar var. İrəvan indi də yeni komissiya yaratmaq niyyətindədir. Guya bu dövlət komissiyası 44 günlük müharibədəki məglubiyyəti və minlərlə hərbçi itkisində günahkar olanları araşdıracaq.
Dalidag.az xəbər verir ki, bu sözləri Ermənistanın “Pressinq” verlişinin efirində Almaniyada universitetdə çalışan dosent, hüquqşünas Qor Ohanesyan deyib.
“Belə bir komissiya bir neçə il əvvəl də yaratmışdıq. Aprel döyüşlərini incələyirdi. Axırı nə oldu? Ermənistanın öz içində müharibə başladı. İrəvan dünya ictimayəti qarşısında biabır oldu, müttəfiqləri ilə üz-üzə gəldi. İndi də belə olacaq. Biz öz içimizdə düşmən axtara-axtara bütün güclü fiqurlarımızı yox edəcəyik. Bu komissiya daha çox müxalifət ilə mübarizə sxeminə oxşayacaq. Mən 12 ildir Almaniyada yaşayıram. Burada belə bir şey heç vaxt baş verə bilməz. Çünki burada dövlət xadimləri ağıllarına gələni danışa bilməz. Xalq onları siyasətdən yox edər. Ermənistanda isə Paşinyan açıq-aydın deyir ki, mən çəkic ilə müxalifət liderlərinin başlarını əzəcəm, amma xalq ona səs verir”, - deyə o qeyd edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-07-2021 13:17
Baxış sayı: 3229Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























