Reklam
Çox yaşa, Vətən oğlu! - Qazi İlqar Quliyevin doğum gününə
28-07-2021 22:38

Bayrağa, torpağa tapınan insanlar var ki, onların həyatda bir amalı, bir missiyası var - Vətənə xidmət. Harda yaşamasından, hansı mənsəb sahibi olmasından asılı olmayaraq bu cür insanlar hər addımında vətəni fikirləşir, əməli ilə öz övladlıq borcundan çıxmağa çalışır.
Missiyasının kökündə Vətənə, torpağa, yurd-yuvasına, elinə-obasına sevgi, bağlılıq duran oğul və qızlarımız saysızdır. Onlar Vətənin çətin günündə canlarından keçməyə həmişə hazırdılar. İstər birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq. Həm arxa cəbhədə, həm ön cəhbədə səfərbər olan insanlarımız bir daha sübut etdilər ki, biz türk soyumuza sadiq, torpağı uğrunda canına əsirgəməyən millətik. Bölgələrə ayırmadan qeyd etmək istəyirəm ki, bütün zamanlarda Tanrı möcüzəsi Kəlbəcərin qəhrəman oğullarının fədakarlığının şahidi olmuşuq. Silaha sarılan, maddi-mənəvi köməkliyi ilə dövlətə, orduya dəstək olan minlərlə belə nümunələr var.
Niyə məhz Kəlbəcərin adını çəkdim?
Çünki haqqında danışdığım İlqar Quliyev məhz o müqəddəs torpağın yetirməsidi. O İlqar Quliyev ki, bayrağı, torpağı canından çox sevir. O İlqar Quliyev ki, ölümü gözə alıb döyüşlərə atılıb, yurdun müdafiəsinə qalxıb. Ən böyük arzusu Qarabağı, Kəlbəcəri azad görmək olan İ.Quliyevin arzusu çin, diləyi hasil oldu nəhayət. Həm də özü kimi qəhrəman oğulların sayəsində. Bu gün igid qazimizin doğum günüdü.
Dalidag.az olaraq, Qarabağı, Kəlbəcəri özünə hədiyyə edən qazimizi ürəkdən təbrik edir, doğma yurdunda istədiyi həyatı yaşamağı arzulayırıq. Hə, bir də vətənə xidməti, igidliyi üçün çox sağ ol deyir, qarşısında baş əyirik qazimizin. Çox yaşa, Vətən oğlu!
Sevinc Qərib


Kateqoriya: Kəlbəcər
Tarix: 28-07-2021 22:38
Baxış sayı: 4787Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























