Kəlbəcər rayonunda “2 iyul-Azərbaycan Polisi Günü” qeyd olunub. Dalidag.az -ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yelmar Quliyev və rayon Polis şöbəsinin əməkdaşları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzülüblər.Daha sonra

Dünən dəyərli şair, böyük insan Əyyub Cabbarov ilə telefon əlaqəsi saxladım. Artıq yaşı 85-i adlayıb, ayaqları tutulub, gözləri zəifləyib. Səsimi eşidib kövrəldi, xeyli danışdıq, təsəlli verməyə çalışdım. Kəlbəcərli günləri arzuladım. Dedi ki, ay Eyvaz, heç gümanım yoxdur ki, mən gedəm Kəlbəcəri görəm... Sözün açığı, çox duyğulandım. Sözüm ondadır ki, bu gün Kəlbəcər qoyunçuluq, arıçılıq üçün nəzərdə tutulub sanki. Kəlbəcər ziyalıları, ağsaqqalları bu günlərdə qalıb kənarda, yalnız kənd

Həbsdə olan sabiq səfir Eldar Həsənov hospitala yerləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə E.Həsnovun vəkili Cavad Cavadov məlumat yayıb. O qeyd edib ki, E.Həsənov bu gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb. Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol

Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq. Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirirmiş. Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə

Müdafiə Nazirliyi Laçın rayonunun Seyidlər kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir:

Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb. Dalidag.az xəbər verir ki, uşağın ölümü barədə onun anası özünün feysbukdakı səhifəsində bildirib. "İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim bağışla ki, bu dəfə səni xilas edə bilmədik", - qadın sosial şəbəkədəki hesabında yazıb. Qız proqeriya - nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur. Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl
Yazı axını