Reklam
Kəlbəcər rayonunda “2 iyul-Azərbaycan Polisi Günü” qeyd olunub - ŞƏKİLLƏR
02-07-2021 23:04

Kəlbəcər rayonunda “2 iyul-Azərbaycan Polisi Günü” qeyd olunub.
Dalidag.az-ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yelmar Quliyev və rayon Polis şöbəsinin əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzülüblər.Daha sonra Gəncə şəhərində yerləşən Kəlbəcər şəhidlərinin abidə komplekini ziyarət edərək, şəhidlərimizin ruhlarına dualar oxuyub, məzarları üzrəinə gül dəstələri qoyublar.
Çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.
Tədbirdə Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yelmar Quliyev çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.




Kateqoriya: Sosium
Tarix: 02-07-2021 23:04
Baxış sayı: 3716Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























