Reklam
"Sabaha ümidi olmayan Əyyub Cabbarovu mütləq Kəlbəcərə aparmaq lazımdı..." - Gənc şairdən ÇAĞIRIŞ
02-07-2021 20:16

Dünən dəyərli şair, böyük insan Əyyub Cabbarov ilə telefon əlaqəsi saxladım. Artıq yaşı 85-i adlayıb, ayaqları tutulub, gözləri zəifləyib. Səsimi eşidib kövrəldi, xeyli danışdıq, təsəlli verməyə çalışdım. Kəlbəcərli günləri arzuladım. Dedi ki, ay Eyvaz, heç gümanım yoxdur ki, mən gedəm Kəlbəcəri görəm... Sözün açığı, çox duyğulandım.
Sözüm ondadır ki, bu gün Kəlbəcər qoyunçuluq, arıçılıq üçün nəzərdə tutulub sanki. Kəlbəcər ziyalıları, ağsaqqalları bu günlərdə qalıb kənarda, yalnız kənd təsərrüfatı əsas rol oynayır. Hər gün Kəlbəcər deyə-deyə haqq dünyasına qovuşanlar var. Ən azından son dəfə doğulduğu torpağı görməyi onlara nəsib edək. Bu çox çətin bir iş deyil axı. İki ay sonra Murov yolu bağlanacaq, gediş-gəliş çətinləşəcək. Vaxtın ən gözəl çağında bu işi görməliyik.
Bu günlərdə 30 ildir vətən həsrəti ilə qovrulan ziyalılar o torpağa getməlidir. Sabaha ümidi olmayan Əyyub Cabbarovu mütləq doğulduğu Məmmədsəfi kəndinə aparmaq lazımdır (heç bir maddi dəstək lazım deyil, rəsmi icazə verilsin şəxsi maşınımla Əyyub əmini aparım Kəlbəcərə). Bu gün dəyərli ağsaqqalı, Kəlbəcərin özü olan Əlövsət Ağalarovu, dəyərli alim İlham Məmmədlini, böyük söz sənətkarlarından sayılan Yusif Hüseyni, Əlövsət Saldaşı, Mirsəyyaf Zamanlını və adını çəkmədiyim böyük bir elin dərdini çəkənləri Kəlbəcərə aparıb dədə-baba yurdu ilə qovuşdurmaq lazımdır. Bu işdə məsuliyyət isə Kəlbəcər icra hakimiyyətinin, Kəlbəcər ictimaiyyətin üzərinə düşür. Gənc nəsil onsuz da qismət olsa, gedib o torpağı görəcək, qeyrəti, vicdanı olan torpağını sevib, sahib çıxacaq, olmayan da...
Eyvaz Əyyub
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-07-2021 20:16
Baxış sayı: 2917Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























