Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb. Dalidag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı apa-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: “Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb. Komitədən Dalidag.az -a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, 44 günlük Vətən

Laçını tərk etmiş ermənilər İrəvanda aksiya keçirir. Dalidag.az "Azadlıq" radiosuna istinadla xəbər verir ki, onlar hökumətdən mənzil tələb edirlər. Aksiya iştirakçılarından biri bildirib ki, əmlaklarını, mal-qaralarını qoyub gəliblər. Dalidag.az

Zəngəzur dağ silsiləsindən onun qolları olaraq, Bərgüşad və Mehri silsilələri uzanır. Onların arasında isə Xustup-Qatar silsiləsi yer alıb. Dalidag.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Zəngəzuru coğrafi əsaslandırarkən deyib. O bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndi və 11 yanvar tarixində imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır: "Geoloji baxımından Zəngəzur vahid bir dağ sistemidir və onun ümumi sahəsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib. Dalidag.az-ın məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb. Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

“Rusiya Müdafiə Nazirliyinin Laçın dəhlizi və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrindən çox əcaib bir bəyanat yayılıb. Bəyanatda 13 iyulda Azərbaycan və Ermənistan ordusu arasında Şuşanın şimalı qərbində atışma olub, ancaq tələfat olmayıb deyə qeyd olunur”. Dalidag.az xəbər verir ki, belə bir açıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib. O, qeyd edib ki, belə bir əcaib bəyanatdansa, Rusiya MN Ermənistan ordusunu Şuşanın şimalında kim və nə vaxt yerləşdirib onu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İyulun 17-si saat
Yazı axını