Tarixdə Ermənistan dövləti nə vaxtdan mövcud olmağa başlayıb?

27-07-2021 18:56

Qədim Ermənistan, qədim Arsax dövlətimiz olub deyə, özlərinin uydurduqları yalana inanan ermənilər, zəhmət çəkib öz arxivinizə baş vurun və Ermənistanda erməni dilində çap olunan “Kommunist” qəzetində Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.Papyanın bu çıxışını diqqətlə oxuyun... 


ARXİV MATERİALLARINDAN... 

29 noyabr 1951-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.Papyanın Ermənistanın yaradılmasının 31-ci ildönümünün qeyd edilməsi zamanı etdiyi çıxışından sətirlər: 
-Əsirlər boyu öz dövləti olmayan erməni xalqı Lenin və Stalinin dühası sayəsində, Böyük Oktyabr sosialist inqilabı sayəsində nəhayət öz dövlətini qurdu və milli istiqlaliyyət qazana bildi. 1920-ci il noyabrın 29-da böyük rus xalqının köməyi ilə, şanlı Lenin-Stalin partiyasının rəhbərliyi altında erməni xalqı fırıldaqçı daşnakların hökmranlığına son qoydu və Ermənistan Sovet hakimiyyətini qurdu. Erməni xalqı öz dövlət istiqlaliyyəti və milli dirçəlişi üçün Böyük Oktyabr Sosialist inqilabına və kommunist (bolşeviklər) partiyasına, onun rəhbərləri Lenin və Stalinə minnətdardır... 
Stalin yoldaş 1920-ci il dekabrın 4-də yazmışdır:-“Əzab və müsibətlər çəkmiş, Antantanın və daşnakların mərhəməti sayəsində aclıq və mühacirət fəlakətlərinə düçar edilmiş Ermənistan indi özünü sovet ölkəsi elan etməklə nicat tapmışdır. Qoy kimə ziddirsə bilsin ki, köhnə imperialist diplomatiyası canavarlarının əbəs yerə başlarını sındırıb həll etmək istədikləri erməni “məsələsi” deyilən məsələ, ancaq Sovet hakimiyyəti tərəfindən həll edilə bildi.” (İ.V.Stalinin əsərləri, 4-cü cild, səh.455, 456). “ 
Ermənistan adlı respublika yalnız və yalnız Azərbaycan torpaqlarında 29 noyabr 1920-ci ildə yaradılıb... Bu tarixi ermənilər, heç vaxtı unutmayın! Çünki biz də unutmamışıq... 
 
Mirvari Verdiyeva 
ADPU-nun dosenti

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 27-07-2021 18:56
Baxış sayı: 3277
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
29 / 04 / 2024