Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə hesabında erməniləri ələ salıb. Dalidag.az xəbər verir ki, M.Zaxarova Feysbuk hesabında Ukrayna Konstitusiya Məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi istifadəsini təmin etmək haqqında” qanunu ölkə konstitusiyasına uyğun hesab etməsi barədə məlumata münasibət bildirib. Bu paylaşıma isə Armine Xarazyan adlı erməni sosial şəbəkə istifadəçisi “tənqid” xarakterli şərh yazıb: “Bu sizi niyə belə narahat edir? Bəs bu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

44 günlük müharibə zamanı Ermənistanda qəhrəman elan edilmiş ikinci dərəcəli "Döyüş xaçı" medalının sahibi Artur Aqasyanın cəsəd qalıqları tapılıb. Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Artur Aqasyan 2016-cı ilin Aprel döyüşləri zamanı da kiçik çavuş rütbəsində Azərbaycana qarşı vuruşub. 2016-cı ilin may ayında ona leytenant rütbəsi, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib. Artur Aqasyanın cəsədinin qalıqları Tərtərin işğaldan azad olunmuş Suqovuşan

ABŞ və Fransa regionu yenidən təhlükəyə sürükləyən mövqe nümayiş etdirirlər. ABŞ dövlət katibi Entoni Blinkenin və Fransanın Ermənistandakı səfiri Conatan Lakottın açıqlamaları özündə yeni regional riskləri də ehtiva edir. Blinken Ermənistanda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla telefon söhbətində bildirdi ki, “Dağlıq Qarabağ”dakı müharibədən sonra yaranmış status-kvo sabitiliyə təminat vermir və Minsk qrupunun fəaliyyəti bərpa edilməlidir”. ABŞ dövlət katibinin məhz

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Yazıçı- publisist Əli Bəy Azərinin yeni kitabı çapdan çıxıb. Dalidag.az xəbər verir ki, bu barədə müəllif özü bildirib. "NƏ DEYİM?.." adlı publisistik kitabın redaktoru Ramiz İsmayıl, dizayneri Dönməz Abbasovdur. Kitabda nasirin son beş ildə yazdığı müxtəlif səpkili məqalələr, siyasi şərhlər, kitablar haqqında təhlillər, resenziyalar, esselər və yaradıcılığı, kitabları, ayrıca əsərləri haqqında yazılan məqalələr toplanıb. Kitab müəllifin 55 yaşının tamam olması münasibətilə tərtib olunub.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda döyüş hazırlığı keçib. Dalidag.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Təlim zamanı hərbçilər minaatanları döyüş vəziyyətinə gətirmək bacarıqlarını təkmilləşdiriblər. Əsgərlər təlim atışları da həyata keçiriblər. Sülhməramlılardan təlimdə 150 nəfərin iştirak etdiyi vurğulanıb. Dalidag.az

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Dalidag.az

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir". Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir. Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər: "Atəşkəs ümumiyyətlə bütün təmas xəttində müşahidə olunur. Eyni zamanda, 13 iyul

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az -ın məlumatına görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə düşmən susdurulub.
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024