"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir.
Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:
"Atəşkəs ümumiyyətlə bütün təmas xəttində müşahidə olunur.
Eyni zamanda, 13 iyul tarixində, saat 20.27-dən 20.53-dək, Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edildi.
Hadisə, Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edildi. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb" - açıqlamada deyilir.
Məlumata görə, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:
"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə".
Həmçinin bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:
"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları bu gün Martuni (Xocavənd - red.) rayonunda 3 hektar ərazini təmizlədi.
23 noyabr 2020-ci ildən bəri 2.185 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Rusiya MN-dən Şuşadakı atışma ilə bağlı AÇIQLAMA
14-07-2021 21:52

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-07-2021 21:52
Baxış sayı: 3309Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















