Ermənilərin qəhrəman elan etdiyi Aqasyanın cəsədi Tərtərdə tapıldı -ŞƏKİL

16-07-2021 12:04

44 günlük müharibə zamanı Ermənistanda qəhrəman elan edilmiş ikinci dərəcəli "Döyüş xaçı" medalının sahibi Artur Aqasyanın cəsəd qalıqları tapılıb.

Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Artur Aqasyan 2016-cı ilin Aprel döyüşləri zamanı da kiçik çavuş rütbəsində Azərbaycana qarşı vuruşub.

2016-cı ilin may ayında ona leytenant rütbəsi, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.

Artur Aqasyanın cəsədinin qalıqları Tərtərin işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində tapılıb.

Axtarış aparan dəstənin üzvü olan əsgər Aqasyanı cəsədin üstündə tapılan xaçdan, bıçaqdan və telefondan tanıyıb.

Qeyd edilir ki, Arturun qardaşı Arsen Aqasyan da qalıqları bir neçə ay əvvəl Qarabağda aşkarlanıb və şəxsiyyəti DNT analizi ilə müəyyən edilib./modern.az


Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 16-07-2021 12:04
Baxış sayı: 3241
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını