Bu gün Tovuz döyüşlərinin ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 12-də Ermənistan silahlı

Bu gün saytımızın əməkdaşı, "DƏLİDAĞ" Ədəbi Birliyinin sədr müavini, istedadlı şair Sevinc Qəribin doğum günüdür. Dalidag.az olaraq, bu münasibətlə Sevinc xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. Müəllifin bir neçə şeirini diqqətinizə çatdırırıq: GEDİRƏM KÖNLÜYALIN... Yenə yollar görünür sən olmayan şəhərə, Əllərinin həsrətin şaxtada dondururam. Gözümdəki buludu yem edirəm qəhərə, Bu sərçə ürəyimi ovcuma qondururam. Dualar göndərirəm sevginin Allahına, Ayrılığın ömrünü bir az

İbrahimlə ilk görüşdüyümüz o gün yadıma düşəndə ölümdən çox-çox dəhşətli bir həyat yaşayıram. Yox, vallah, buna həyat demək olmazdı. Bu, yalnız dini hədislərdə deyilən kimi, "dünyanın sonu", "qiyamət günü" idi. Ondan heç bir fərqi yox idi. Yerlə göy qovuşurdu. Göydən od ələnirdi, sanki dünyada həyatın sonu çatmışdı. Od göydən ələnsə də, su yerdən çıxmırdı, dəryalar təlatümə gəlib yer üzünü suyun altına almırdı. Su da göydən coşub qəzəblə yerə tökülürdü. Özü də qarla qarışıq gəlirdi. Baş açmaq

"Hazırda bərpası başlanan və yaxınlarda başladılacaq işğaldan azad edilmiş 8 şəhər (7 rayon mərkəzi+Şuşa) üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır. Artıq bəyan edilib ki, bərpasına start verilən Ağdam şəhəri 100 min nəfərin məskunlaşmasına imkan verəcək. Bu isə şəhərə hazırda qeydiyyatda olan əhalinin sayından (42 min nəfər) 2.3 dəfə çoxdur”. Dalidag.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. Ekspert deyir ki, adıçəkilən 8 şəhər ən azı 500 min nəfər əhalinin

Dalidag.az-ın məlumatına görə, xalq yazıçısı Çingiz Abdullayev BAKU.TV-yə müsahibə verib. Dünya şöhrətli yazıçı Nigar Həsənlinin xüsusi reportajında bir sıra maraqlı məsələlərə toxunub, sualları cavablandırıb. O, Vətən müharibəsi dövründə erməni lobbisinin aktiv və güclü olduğu Rusiyada məhşur proqramlarda ölkəmizin haqlı mövqeyini müdafiə etməsini də şərh edib: "Çox adam ora getməyə qorxurdu, çünki bilirdilər ki, onlara imkan verməyəcəklər və sözlərini kəsəcəklər. Proqramlarda olan

Rusiya sülhməramlıları Qarabağda yaşayan ermənilər üçün şahmat turniri keçirirlər. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya mediyası xəbər yayıb. Təəssüf ki, Azərbaycan tərəfi dəfələrlə əksini söyləsə də, “sülhməramlılar” “Dağlıq Qarabağ və Stepanakert” terminini hələ də leksikonlarından çıxara bilməyiblər. Rusların bu addımı sosial mediada Qarabağdakı separatçıların motivasiyası kimi dəyərləndirilib./yenicag.az Dalidag.az Rus sülhməramlıları separatçıları belə motivasiya edir

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşi aidiyyəti üzrə təhvil verillib. Dalidag.az xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Dağ Tumas kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb. Dalidag.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo”ya açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişi mübahisə etdiyibi bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin

Azərbaycan Xalqının Ümumilli Lideri, Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev Qurban Bayramı haqqında demişdi ki, müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024