Kəlbəcərdə boz ayının balaları ilə gəzintiyə çıxması ətrafdakılar tərəfindən lentə alınıb. Belə ki, yanında iki balası ilə dağda yemək axtarışına çıxan ayının görüntüləri sosial şəbəkədə yayılıb. Həmin görüntüləri təqdim edirik: Dalidag.az

"...Dünya gözü ilə görmək nəsib olmasa da gecələr bütün şəhidlərin ruhu yer üzündə -azad edilmiş Vətən torpaqlarında qürurla dalğalanan Azərbaycan bayrağına baxırdı". Dalidag.az Fərid Muradzadənin yeni hekayəsini təqdim edir: O nu tanıyıanda 13-14 yaşlarında bir yeniyetmə idi. Hündürboy, qaraşın, dəcəl… O vaxtlar binaya yeni köçmüşdülər. Nə vaxt baxsan əlində taxta "avtomat" gah ağacların arasında, gah binanın zirzəmisində özünə mövqe seçər, "atəş açardı". Bütün dava oyunlarından qalib çıxardı.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib. Dalidag.az xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib. Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti,

Nikol Paşinyanın Vladimir Putinlə görüşündə rəsmi hissədən sonra Ermənistan ərazisində Rusiyanın yeni hərbi bazaları ilə bağlı məsələnin müzakirəsi ehtimalı böyükdür. Dalidag.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Fyodor Lukyanov Ermənistan mətbuatına müsahibəsində bildirib. Onun sözlərinə görə, bundan başqa, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, Zəngəzurla bağlı sualları və bir sıra humanitar məsələləri müzakirə edəcəklər: “Müzakirələrin vacib

"Zəngəzur koridoru”ilə bağlı dəfələrlə yazmışam. Xüsusən qeyd etmişəm ki, bu koridor Dağlıq Qarabağ məsələsindən daha önəmlidir. Əlbəttə, mən başa düşürəm ki, bu fikir ictimaiyyət arasında o qədər də rəğbətlə qarşılanmır. Azərbaycan insanı hələ ki, bu koridorun ölkəmizə hansı üstünlüklər və hansı status verəcəyinin fərqində deyil. "Zəngəzur koridoru”nun önəminə bir daha diqqət çəkmək üçün Amerika mətbuatında gedən bir məqalədən söhbət açacağıq. Söhbət "The National Interest” jurnalında çap

Belçikanın Ostende şəhərində dünyaya gələn Loran Simonsun IQ səviyyəsi 145-ə bərabərdir. “Haber Global” bildirir ki, 11 yaşlı oğlan Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olub. O, hədəfinin əbədi həyat olduğunu bildirib. “Hədəfim ölümsüzlükdür. Bədənimizin mümkün qədər çox hissələrini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun yolu isə kvant fizikasından keçir”, - deyə vundrkind bildirib. Qeyd edək ki, hazırda dünyanın ən gənc

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Dalidag.az -ın məlumatına görə, ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən

Vətən Müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə "lent.az"a mərhumun qohumları məlumat verib. Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb. Allah rəhmət eləsin!

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin

Dünya şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib. Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, R.Munçayev Moskvada 93 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında
Yazı axını