Qarabağa köçürülüb gətirilən və burada məskunlaşdırılmasına çalışılan ermənilərin sayı son bir ayda daha 5 min nəfər azalıb. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, bu fakt ötən gün Prezident İlham Əliyevin AzTV-yə geniş müsahibəsində səsləndirdiyi rəqəmdən bəlli olur. Belə ki, Prezident peyk vasitəsilə Laçın dəhlizi də daxil olmaqla, Qarabağ iqtisadi rayonunun bir hissəsinin, rus sülhməramlılarının məsuliyyət zonasının ciddi şəkildə izlənildiyini, hər gün Laçın dəhlizindən nə qədər

Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun ölümü ilə bağlı məlumatlar yayılıb. Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. "Vəziyyətim normaldır", - N. Sadıqov deyib.

Kəlbəcər rayonuna elektrik enerjisinin verilməsinə başlanılıb. Dalidag.az-ın xəbərinə görə, artıq rayonda yerləşən vacib obyektlər elektrik enerjisi ilə təmin olunub. Belə ki, "Azərişıq” ASC tərəfindən Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətləri bərpa edilib və işıq verilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Bəzirxana kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Xocalı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Ökədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə

Düşmən işğalından azad edilən Kəlbəcər rayonunun sosial şəbəkələrdə yeni görüntüləri yayılıb. Belə ki, görüntülərdə rayonun sıldırım qayaları, yaylaqları, qayalıqlar altında yerləşən keçidləri yer alıb. Həmin görüntüləri təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu

Dünən Putin və İlham Əliyev arasında keçirilən görüşdə Kreml rəhbəri Azərbaycan Prezidentinə kompromisli qərarla bağlı təşəkkür etdi. Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir? Dalidag.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər strateji tərəfdaş kimi danışır, Paşinyana isə daim bir şey qoparmaq istəyən müftəxor kimi baxır. Dalidag.az xəbər verir ki, bunu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Moskvada Rusiya və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı deyib. Korotçenko paylaşımına fakt kimi Putinlə Əliyevin ötən gün Moskvada baş tutan görüşü ilə bağlı TASS-ın yaydığı informasiyanı əlavə
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024