Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir. Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb. Dalidag.az xəbər verir ki, Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tərk edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə əsasən qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndəlik işçilərinin və Kəlbəcər rayon Polis şöbəsinin polis nəfərlərini iştirakı ilə vaksinasiya ilə bağlı təbliğat işləri aparılmışdır. Dalidag.az -ın məlumatına görə, Gəncə şəhər 1500 ailəlik yeni qəsəbədə, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6-nın yataqxanasında və ətrafında, Göygöl rayon Murovdağ qəsəbəsində, Göygöl rayon 130 ailəlik yeni qəsəbədə və digər Kəlbəcər rayon sakinlərinin sıx məskunlaşdığı

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sofulu kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu dəfn edilib. Dalidag.az -ın xəbərinə görə, F. Yaqublunun dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb. Dalidag.az xəbər verir ki, düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi. Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb. “Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan

Anası sağ olanda da Əmrah yetim imiş Yurdun, Vətənin qəribi kimi ...Qəhər məni boğur, dilimdə kəlmələrim, əlimdə qələmim donur, elə bil ki, 2007-ci ilin fevral ayıdı, Gəncədən üzüyuxarı Hacıkəndə qalxırıq, bizi aparan köhnə “Jiquli”nin “dizləri qırılıb” qalır “Qoşabulaq”dan aşağıdakı “Hacıkənd” yazılan sərt döngədə. Ha çalışırıq… düşüb itələyirik, qar-çovğun imkan vermir ki, irəli, Hacıkəndə, əslində, Kəlbəcərə, Murovdağa sarı bir addım ataq. Donurduq, əynimiz qalın olsa da, hətta

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdə yeni fəaliyyətə başlamış səfiri Cahit Bağcı ilə görüşüb. Komitədən Dalidag.az - a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir! Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib. Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir. "Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - deyə C.Qurbanov qeyd edib.
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024