Mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə təlimi Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün keçirilib. Dalidag.az -ın məlumatına görə, təlim iştirakçılarına mina təhlükəsindən qorunmağın yolları və təhlükəsiz davranış haqqında məlumat verilib. Müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş şəxslər iki qrup üzrə təlimə cəlb edilib. Bundan öncəki təlim iyunun 3-də Ağdam rayonunda keçirilib. Təlim iştirakçıları risklər və təhlükəsiz davranış

Bu gün tanınmış şair, jurnalist Əli Nəcəfxanlının doğum günüdür. Ömrün növbəti pilləsinə qədəm qoyan Ə. Nəcəfxanlı Tanrının seçilmiş bəndələrindən- sözə könül verənlərdən oldu. Söz ona, o sözə sevgisi, sadiqliyi ilə illərdir ədəbiyyat aləminə gözəl töhfələrini verməkdədir. İstər şair, istər jurnalist kimi neçə illərdir imzasını təsdiqləyən Əli müəllim bu gün də aktiv fəaliyyətdədir. Bir-birindən gözəl şeirləri, tərcümələri, publisistik yazıları, müxtəlif mövzuları əhatə edən çoxsaylı məqalələr

Yevlax rayonunun Aşağı Qarxun kəndində Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər bulağı”nın açılışı olub. Dalidag.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər. Tədbirdə 44

İyunun 1-i saat 20 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri

Biz atəşkəs dövründə, 1999-cu ildə əsir düşmüşdük, erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib. Dalidag.az xəbər verir ki, bunu azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zaman zərərçəkmiş kimi tanınan Qərib Rövşənoğlu deyib. Q.Rövşənoğlu bildirib ki, Lüdvik Mkrtiçyanın verdiyi işgəncələrin izləri hələ də qalmaqdadır: “Hazırda bədənimdə həmin işgəncələrin izləri var. Sinəm qırıqdı, başımda əziklər

Heydər Əliyev Fondu işğaldan azad edilən Şuşa şəhərində daha bir layihənin icrasına başlayıb. Hazırda şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm Qalereyası və Xalçaçılıq Qalereyasının təmir-bərpa işləri həyata keçirilir. Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarayı kimi tanınan Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ölkə əhəmiyyətli tarixi memarlıq abidələri siyahısındadır. Şuşa Xalçaçılıq Qalereyası isə keçmiş Şuşa Xalça Muzeyinin binasında yerləşəcək. Binaya Ermənistanın işğalı dövründə

Nikol Paşinyan Parisdən açıq şəkildə sərhəddəki gərginlik zamanı bəzilərinin, yəni Rusiyanın ikibaşlı bəyanatlar verdiyini, Fransanın isə Moskvanın əksinə, birbaşa Ermənistanı dəstəklədiyini dedi. O, bu sözləri ilə həm də Kremldən açıqca narazı olduğunu, Qərbin dəstəyini arzuladığını bildirmiş oldu. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev deyib. Politoloqun sözlərinə görə, Nikol Paşinyan Parisdən bu mesajları verib: "Birincisi, Nikol Paşinyan Fransada çıxışı

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə keçiriləcək. Dalidag.az bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və
Yazı axını