Nikol Paşinyan Parisdən açıq şəkildə sərhəddəki gərginlik zamanı bəzilərinin, yəni Rusiyanın ikibaşlı bəyanatlar verdiyini, Fransanın isə Moskvanın əksinə, birbaşa Ermənistanı dəstəklədiyini dedi. O, bu sözləri ilə həm də Kremldən açıqca narazı olduğunu, Qərbin dəstəyini arzuladığını bildirmiş oldu.
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan Parisdən bu mesajları verib:
"Birincisi, Nikol Paşinyan Fransada çıxışı zamanı Rusiyanı ikibaşlı bəyanatlar verməkdə günahlandırdı. Paşinyandan bundan artıq nə isə gözləmirdik. Yəni bəlli idi ki, o, fürsət düşən kimi Rusiyanı vuracaq. Məsələ ondadır ki, Paşinyan müharibədə Ermənistanın üzləşdiyi biabırçı məğlubiyyətin günahını Kremlin boynuna atmaq istəyir.
İkincisi, Paşinyan Fransa parlamentindən tezliklə keçmiş və qondarma "dqr"in "müstəqilliyi"ni tanımasını istədi. Düzdür, rəsmi Paris indiki halda belə bir addımı çətin ki, atsın. Lakin atsa belə, bu, heç nəyi dəyişmir. Əksinə, Fransa belə bir qərarla həm beynəlxalq hüququ pozmuş olacaq, həm də rəsmi Bakı və regional oyunçuların əksinə getmiş olacaq. Bu isə Fransanın regiona gəlməmiş burdan getməsi deməkdir. Paşinyana gəldikdə isə deyə bilərəm ki, onun belə bir tələblə çıxış etməsi heç də sülh istəmədiyini sübut edir. Yəni bu, rəsmi Bakının hərbi əməliyyatlara yenidən başlamasına şərait yaradır.
Üçüncüsü, Paşinyan erməni cəmiyyətinin Fransaya hamıdan çox simpatiya bəslədiyini deyərək faktiki olaraq Qərbin dəstəyini arzuladığını dilə gətirmiş oldu. Mahiyyət etibarilə Paşinyan bununla əvvəldən istədiyi şeyi, yəni Ermənistanın qərbyönlü siyasətini icra etməyə sadiq olduğunu göstərdi".
Reklam
Paşinyan Makronun yanında Putinə sataşdı
02-06-2021 10:14

Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 02-06-2021 10:14
Baxış sayı: 4354Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























