Şuşada bərpa-təmir işlərindən yeni görüntülər - VİDEO
02-06-2021 12:53

Heydər Əliyev Fondu işğaldan azad edilən Şuşa şəhərində daha bir layihənin icrasına başlayıb.
Hazırda şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm Qalereyası və Xalçaçılıq Qalereyasının təmir-bərpa işləri həyata keçirilir.
Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarayı kimi tanınan Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ölkə əhəmiyyətli tarixi memarlıq abidələri siyahısındadır.
Şuşa Xalçaçılıq Qalereyası isə keçmiş Şuşa Xalça Muzeyinin binasında yerləşəcək. Binaya Ermənistanın işğalı dövründə ciddi ziyan dəyib.
Hazırda təmir-bərpa işləri ilə yanaşı hər üç binada sərgilənəcək əsərlərin də seçimi edilir. Qısa zamanda Şuşada Azərbaycan rəssamlarının əsərləri, Qarabağın işğaldan əvvəl və sonrakı görünüşünü əks etdirən əsərlər, həmçinin xalça eksponatları yer alacaq.
Xatırladaq ki, bir neçə gün öncə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin məqbərəsində aparılan bərpa işlərinin görüntüləri yayılmışdı./qafqazinfo.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-06-2021 12:53
Baxış sayı: 299Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















