Media nmayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək. Dalidag.az xəbər verir ki, bu barədə Kəlbəcər Rayon Icra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb. "Susuzluq kəndinin bir çox sakinləri kimi, onun da ailəsi müvəqqəti olaraq Göygöl

Ermənistan ordusunun sıralarına könüllü olaraq qatılmış Basarkeçer (ermənilər “Vardenis” adlandırır – red.) rayon sakini Siyak Xaçatryan 168.am nəşrinə erməni hərbiçilərin Azərbaycanla sərhəddə davranışına dair sensasion detallar danışıb. Dalidag.az xəbər verir ki, Xaçatryan erməni hərbçılərin sərhəddə tez-tez Azərbaycan əsgərlərinə qarşı təxribatlara əl atdığını etiraf edib. “Onlar (Azərbaycan əsgərləri nəzərdə tutulur – red.) hazırda yolun ətrafının infrastrukturu ilə məşğuldurlar. Bizlərlə

Barmaqla sayılacaq bir neçə qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Dalidag.az -ın məlumatına görə, görüşdə məqsəd qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctima Şura arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi olub. Komitə rəhbərliyinin və vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə İctimai Şuranın sədri Anar Xəlilov qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat

Məhərrəm İbrahimov, Sirac Abışov "Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır". Dalidag.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib. O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir: "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan

Xəbər verdiyimiz kimi bu gün Kəlbəcər rayon ərazisində jurnalistlərin olduğu "Kamaz" markalı sərnişin avtomobili tank əleyhinə minaya düşüb. Dalidag.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər jurnalistlə birlikdə Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşı - Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev həlak olub. Qeyd edək ki, partlayış zamanı həlak olanlarla yanaşı 4 nəfər yaralının olduğu da bildirilir. Məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. Bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq. Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Dalidag.az xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib. “Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə

Azərbaycanın 44 günlük II Qarabağ müharibəsindən qalib ayrılması bu gün bir çox güc mərkəzlərini rəsmi Bakı ilə hesablaşmağa vadar edir. Buna misal olaraq Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Fransa səfərinin ardından Brüsselə səfər edib Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşə hazırlaşması ərəfəsində mötəbər qurumun rəhbərinin Prezident İlham Əliyevə zəng etməsi faktını göstərmək kifayət edir. Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək. Dalidag.az xəbər verir ki, bu barədə "Jovoğurd" nəşri məlumat verib. Onun ötən gün Azərbaycan, Ermənistan və Rusiya arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir. Xatırladaq ki, iyunun 2-si Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar keçirilib. Danışıqlarda
Yazı axını