Reklam
Kəlbəcərdə həlak olan jurnalistlərə şəhid statusu veriləcək - RƏSMİ
04-06-2021 16:13

Məhərrəm İbrahimov, Sirac Abışov
"Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır".
Dalidag.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib. O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:
"Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.
Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!".
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 04-06-2021 16:13
Baxış sayı: 2382Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar