Reklam

Başı qarlı dağa bənzəyən qəzəl adam... - Əfşan Yusifqızıdan təbrik məktubu
04-06-2021 19:53

Barmaqla sayılacaq bir neçə qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur duyduğum, rəğbət bəslədiyim, bütünlüklə qəzəl adam, Səxavət Talıblıdır.
Tanıdığım gündən hər yaratdığı əsərdə, dediyi sözdə orjinallığı ilə seçilən, irfani qəzəllərində Allaha aşiqliyi, sevgisi ilə diqqətimi çəkən şair, bir insan olaraq da hər xoş sözün fövqündədir. Deyim ki, insanlara dəyər verməyi, onları kənardan izləməyi, kəşf etməyi çox vaxt həddindən artıq vaxt sərf edirəm. Səxavət müəllimi də belə kəşf etdim və ondan kitabımın redaktor olmasını xahiş etdim. Son aylarda kitabımla bağlı onun xasiyyətini gah əsəbi, gah tələbkar, gah həssas, bəzən də uşaq kimi kövrək olduğunu görüb heyrət edirdim. Peşakar əruz bilicisi, hekayə, roman müəllifi olan bu ali insanın ən çox nəzər çəkən həyat silqəti ətrafdakılara bacardığı yaxşılığı, köməyi etməkdi. Mən onun bu əsl insanlara xas olan xasiyyətinə heyran oldum.

***
Vidalaşır 62,
Şairçün bu yaş nədi ki?
Hər müdrik sözü deyir ki,-
Buna qocalıq deməzlər..
Bir az saçına yağıb qar,
Bir az gözündə məlal var.
Şux qamətin sanki çinar,
Buna qocalıq deməzlər.
İmişlitək elin varsa,
Şirin sözlü dilin varsa,
Qəlbində eşq gülün varsa,

Əfşan Yusifqızı
03.06.2021
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
