Aqil Məmmədov, Milli Məclisin deputatı İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Prezident əlavəsinin müəyyən edilməsi haqqında cənab İlham Əliyevin Sərəncamı dövlətin hərbçilərə diqqət və qayğısının növbəti bariz nümunəsidir. Ölkəmizdə orduya, ordu quruculuğuna hər zaman yüksək diqqət və qayğı olub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu cənab Prezident tərəfindən böyük uğurla davam etdirilib. Məhz bunun nəticəsi olararaq

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha 2 hərbi qullquçusunun meyiti tapılıb. Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat

Bu gün Azəraycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür. Dalidag.az I Qarabağ müharibəsi qazisi, şair Rafail Tağızadənin bu günlə səsləşən şeirini təqdim edir: MƏNİM MƏĞRUR ORDUM Sevinib şadlandı yaralı yerlər, Bizdən uzaq düşən aralı yerlər, Dönər gülüstana saralı yerlər. Sənin addımınla göyərər yurdum, Mənim məğrur ordum, qəhrəman ordum! Zaman bu zamanmış, məqam bu məqam, Sabaha ümidli, dünənə yadam, Sənin hər uğruna sevinnəm, şadam. Həsrət torpağımda toy-busat qurdum, Mənim məğrur

Prezident İlham Əliyev bir sıra dövlət qulluqçusunun əməyini qiymətləndirib. Dövlət başçısı onların təltif olunması barədə sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunanlar arasında əslən Kəlbəcərdən olan Vidadi Tofiq oğlu Murtuzayev da var. Həmyerlimiz “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Qeyd edək ki, Vidadi Tofiq oğlu Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89

Ermənistanın sosial şəbəkə seqmentində bir-birindən maraqlı xəbərlər yayılmaqdadır. İki gün öncə Xankəndi sakini yazmışdı ki, hamı Xankəndidən getməyə hazırlaşır. Çünki öz gələcəklərini burada görmürlər. Səbəb də odur ki, bu il ərzində Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması gözlənilir. Hər halda Ermənistan və Xankəndi sakinləri bu barədə artıq əminliklə danışırlar. Sazişə əsasən, tərəflər qarşılıqlı olaraq SSRİ dönəmindəki sərhədlərini tanıyacaqlar. Azərbaycanın bir qarış da olsun

"Sentyabrın 27-də saat təxminən 5-i keçmişdi ki, düşmənin intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutması ilə bağlı mənə məruzə olundu. Təbii ki, mən dərhal iş yerinə gəldim və müvafiq tapşırıqlarımı verdim". Dalidag.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində deyib. "Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana

Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa edilir. Dalidag.az xəbər verir ki, layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetirilir. Qeyd edək ki, 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar. Daha ətraflı Baku TV-nin sujetində:

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı
Yazı axını