Reklam
"Mənim məğrur ordum, qəhrəman ordum!" - Rəfail Tağızadə
26-06-2021 16:20

Bu gün Azəraycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür.
Dalidag.az I Qarabağ müharibəsi qazisi, şair Rafail Tağızadənin bu günlə səsləşən şeirini təqdim edir:
MƏNİM MƏĞRUR ORDUM
Sevinib şadlandı yaralı yerlər,
Bizdən uzaq düşən aralı yerlər,
Dönər gülüstana saralı yerlər.
Sənin addımınla göyərər yurdum,
Mənim məğrur ordum, qəhrəman ordum!
Zaman bu zamanmış, məqam bu məqam,
Sabaha ümidli, dünənə yadam,
Sənin hər uğruna sevinnəm, şadam.
Həsrət torpağımda toy-busat qurdum,
Mənim məğrur ordum, qəhrəman ordum!
Hər döyüş millətin tarix yazısı,
Qurtuluş yazısı, taleh yazısı,
Ağrını unudan fateh yazısı.
Müqəddəs torpaqdan xaini qovdun.
Mənim məğrur ordum, qəhrəman ordum!
Rəfail Tağızadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-06-2021 16:20
Baxış sayı: 3467Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























