“Azərbaycanlılar Xankəndidə mənzillər almağa başlayıblar” - Ermənistan mətbuatı

26-06-2021 12:31

Ermənistanın sosial şəbəkə seqmentində bir-birindən maraqlı xəbərlər yayılmaqdadır.

İki gün öncə Xankəndi sakini yazmışdı ki, hamı Xankəndidən getməyə hazırlaşır. Çünki öz gələcəklərini burada görmürlər. Səbəb də odur ki, bu il ərzində Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması gözlənilir. Hər halda Ermənistan və Xankəndi sakinləri bu barədə artıq əminliklə danışırlar. Sazişə əsasən, tərəflər qarşılıqlı olaraq SSRİ dönəmindəki sərhədlərini tanıyacaqlar. Azərbaycanın bir qarış da olsun torpaq güzəşt etməyəcəyini anlamaq Xankəndi sakinlərinin ümidini qırıb və sosial şəbəkələrdə yazılanlardan aydın olur ki, onlar Ermənistan, Rusiya və Avropaya qaçmağa başlayıblar.
Ardınca daha maraqlı məlumatlar yayılmağa başlayıb. Yazılanlara görə azərbaycanlılar Xankəndidə və hazırda ermənilərin yaşadıqları başqa ərazilərdə mənzillər almağa başlayıblar. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Bakıdan və Azərbaycanın başqa ərazilərindən Qarabağda yaşayan ermənilərə zəng edilir və onlara mənzillərini satmaq təklif olunur. Ermənistan mətbuatında da bununla bağlı materiallar yayılıb.
Ermənilərin Qarabağdan qaçması və azərbaycanlıların orada mənzil almaq istəyi əhali arasında panikabı böyüdüb. Qondarma rejimin “milli təhlükəsizlik xidməti” təcili olaraq açıqlama yayaraq belə xəbərlərin yalan olduğunu deyib: “Azərbaycanlıların Qarabağ sakinlərinə zəng edərək mənzillərini onlara satmağı təklif etməsinə dair şayiələrin heç bir əsası yoxdur. Biz sizi əhalinin təhlükəsizliyi ilə bağlı məsələlərə dair dezinformasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Belə zənglər edildiyi halda təcili olaraq quruma müraciət edin”.
Amma qondarma “təhlükəsizlik qurumu”nun açıqlaması Qarabağ əhalisini sakitləşdirməyib. Bu barədə xəbərlər yayılmaqda davam edir. Bəzilərinin yazdığına görə, azərbaycanlılar mənzilləri qonşu ölkə vətəndaşlarının vasitəçiliyi ilə alırlar. Amma zənglərin əsasən Bakı, Gəncə və Azərbaycanın başqa şəhərlərindən gəldiyi deyilir. Ehtimal edirlər ki, nömrələr elan saytlarından əldə edilir. Məsələ ondadır ki, son vaxtlar Xankəndidə yaşayanlar mənzillərini satmaq üçün kütləvi şəkildə elan saytlarına üz tutmağa başlayıblar. Həmin saytlarda isə əlaqə nömrələri qeyd edilir.
Xatırladaq ki, Nikol Paşinyan seçkiləri qazandıqdan sonra Qarabağ erməniləri İrəvandan dəstək ala bilməyəcəklərini anlayıblar. Artıq Rusiyaya da bel bağlaya bilmirlər. Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, onlar Kremlin Azərbaycan və Türkiyə ilə düşmənçiliyə getməyəcəyini düşünürlər.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 26-06-2021 12:31
Baxış sayı: 4267
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını