Reklam
"Azərbaycan ordusu öz yaranma tarixini qalib və müzəffər ordu kimi qeyd edir" - Deputat
26-06-2021 18:26

Aqil Məmmədov,
Milli Məclisin deputatıİşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Prezident əlavəsinin müəyyən edilməsi haqqında cənab İlham Əliyevin Sərəncamı dövlətin hərbçilərə diqqət və qayğısının növbəti bariz nümunəsidir. Ölkəmizdə orduya, ordu quruculuğuna hər zaman yüksək diqqət və qayğı olub.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu cənab Prezident tərəfindən böyük uğurla davam etdirilib. Məhz bunun nəticəsi olararaq bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük və güclü silahlı qüvvəsinə çevrilib. Eyni zamanda Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. Bu isə ölkədə Silahlı Qüvvələrə, orduya olan diqqətin, onun maddi-texniki bazasının yüksəldilməsi məqsədilə atılan addımların əsasında mümkün olub.
İşğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Prezidentin əlavəsi müəyyən ediləcək, Prezidentin bu əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində müəyyənləşəcək. Bu, Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
İyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması da qalib orduya, müzəffər əsgərə verilən ən yüksək qiymətdir. Bundan əvvəlki dövrlərdə də hərbiçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, maaşlarının və əlavələrin yüksəldilməsi istiqamətində təsirli addımlar atılıb. Bütün bunlar isə 44 günlük Vətən müharibəsinin qalibi olan orduya, hərbçilərə dövlətin diqqət və qayğısının mühüm göstəricisi hesab olunur.
Bu gün Azərbaycan ordusu öz yaranma tarixini qalib və müzəffər ordu kimi qeyd edir. Bu münasibətlə başda Müzəffər Ali Baş Komandan cənab Prezident olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyyətinə öz təbriklərimi çatdırıram.
Kateqoriya: Sosium
Tarix: 26-06-2021 18:26
Baxış sayı: 3303Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















