Reklam
Daha bir həmyerlimizin əməyi Prezident tərəfindən qiymətləndirildi
26-06-2021 13:29
Prezident İlham Əliyev bir sıra dövlət qulluqçusunun əməyini qiymətləndirib. Dövlət başçısı onların təltif olunması barədə sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunanlar arasında əslən Kəlbəcərdən olan Vidadi Tofiq oğlu Murtuzayev da var. Həmyerlimiz “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Qeyd edək ki, Vidadi Tofiq oğlu Murtuzayev 1972-ci il sentyabrın 3-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1979-89 - cu illərdə orta təhsil alıb. 1990-cı ildə hərbi xidmətə gedib. Xidmətə Petropovlovsk Kamçatkada yerləşən hərbi hissədə başlayıb. Qarabağda müharibə başlayanda onunla bərabər 120 nəfər azərbaycanlı əsgər Azərbaycana göndərilmələri üçün təşəbbüs göstəriblər. Ancaq cəmi iki nəfər ölkəmizə göndərilir ki, onlardan biri də Vidadi müəllim olub. Vətənə gəldikdən sonra V.Murtuzayev ordakı azərbaycanlı əsgərlərin öz ordu sıralarımızda döyüşmək istədiyini aidiyyəti qurumlara çatdırsa da, təşəbbüsü laqeyd qarşılanır, istəklərinin doğru olmadığı bildirilir. Azərbaycanda məlum proseslər getdiyi vaxt o daha geri dönmür, könüllü olaraq Kəlbəcər rayon hərbi komissarlığında qeydiyyatdan keçir. 1993-cü ildə rayonun işğalından sonra yaranan könüllülər batalyonuna qoşulur, Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovda, bir neçə kəndin azad olunmsında iştirak edir və yaralanır. Hələ də bədənində qəlpə gəzdirir. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra Rusiyaya gedib, bir müddət Moskvada yaşayıb. 1999-2005 -ci illərdə Moskva Beynəlxalq İqtisadi Hüquq İnstitutunun hüquq fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra-2005-ci ildə Azərbaycana qayıdıb. Elə həmin ildən Yevlax şəhər İcra Hakimiyyəti aparatında hüquqşunas vəzifəsində çalışıb. Bir ilə yaxındır eyni aparatın hüquq şöbəsinin müdiri işləyir. Ailəlidir, 1 övladı var.
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-06-2021 13:29
Baxış sayı: 31 815Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















