14 iyun saat 15.00-da professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 80 illik yubleyi münasibəti ilə “Hikmət məclisi” təşkil olunacaq. Dalidag.az -ın xəbərinə görə, “Hikmət məclisi” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutacaq. Həmin gün professorun yeni çap olunan

"Ayastan" blokundan baş nazirliyə namizəd Robert Koçaryan əminliklə bildirib ki, onun komandasında erməni ordusunu başqalarından daha yaxşı tanıyan insanlar var. Dalidag.az bildirir ki, bu barədə Sputnik xəbər verir. Ermənistanın ikinci prezidenti Robert Koçaryan Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması, sərhədlərin möhkəmləndirilməsi və silah arsenalının qurulması müddətini açıqlayıb. İcevanda keçirilən təşviqat kampaniyası zamanı "Ayastan" blokundan baş nazirliyə namizəd Robert

Müdafiə Nazirliyi Laçının Əhmədli kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

"Hakimiyyətdə olanlar ölkəni talan edirlər. Onlar korrupsiya ilə mübarizə aparmaları barədə aləmə car çəkirlər. Ancaq özləri korrupsioner və təsadüfən hakimiyyətə gəlmiş gənc oğrulardır". Dalidag.az xəbər verir ki, bunu Ermənistanın müxalif "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan seçicilərlə görüşündə deyib. O, vəzifədə olduğu dövrdə dövlətdən oğurlanan vəsaitlərin bir hissəsinin büdcəyə qaytarıldığını bildirib. Vanetsyan həmçinin qeyd edib

Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayılın Cəfərabad kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

Zəngəzurun Tex kəndinin iki sakini təsərrüfat işləri görən zaman Azərbaycan tərəfə keçib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “İyunun 12-də traktorla təsərrüfat işləri aparan Tex kəndinin iki sakini azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan və Ermənistan hərbçiləri, eləcə də rus sülhməramlılarının arasında aparılan danışıqdan sonra kəndlilər və traktor qaytarılıb”, - məlumatda qeyd olunub./axar.az Dalidag.az

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır. O bildirib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi xəritələrin kiçik hissəsidir: "Qeyd etmək istəyirəm ki, dekabr ayında xəritələr mübadiləsini etdik və bunlar bizim mövqelərimizdəki

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter"dəki səhifəsində məlumat verilib. Qeyd edilib ki, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər. Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk
Yazı axını