İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və

Müdafiə Nazirliyi Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin videogörüntüləri təqdim edir:

Qarabağdakı qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti” Xankəndidə yaşayan ermənilərə evlərini satmaq üçün edilən zənglərlə bağlı məlumat yayıb. Dalidag.az bildirir ki, erməni mediasının xəbərinə görə, məlumatda ermənilərdən evlərini satın almaq üçün zənglərin əsasən Azərbaycan və Türkiyədən edildiyi iddia olunur. Qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq edib ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə, bu barədə onlara məlumat

Müdafiə Nazirliyi Zəngilan rayonunun Zəngilan kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az videogörüntüləri təqdim edir.

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. D alidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
Yazı axını