Yevlax rayonunun Aşağı Qarxun kəndində Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər bulağı”nın açılışı olub.
Dalidag.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Yevlax rayonunun digər kəndlərində də belə bulaqların tikintisinin aparılması davam edir.
Reklam
Yevlaxda şəhidlərin xatirəsinə ucaldılmış bulaq açıldı - ŞƏKİL
02-06-2021 16:05
Kateqoriya: Manşet / Sosium
Tarix: 02-06-2021 16:05
Baxış sayı: 4549Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)























