Reklam

Kələcər Rayon İcra Hakimiyyətində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib - ŞƏKİLLƏR
15-06-2021 18:36

Kəlbəcər Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra pandemiya qaydalarına əməl etməklə, tədbir RİH-in akt zalında davam edib.


A.Qocayev bildirdi ki, hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin və eləcədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır və atacaqdır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır. Daha sonra çıxış edənlər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, bu günümüzə təsirindən geniş bəhs edərək, xalqımızın Ümummilli Liderinin zəngin həyat və fəaliyyətinə nəzər salmışdır.
Dalidag.az







Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar