Reklam
"Sülhməramlı"ların gözü qarşısında yeni səngərlər qazılır: Əsl düşmən kimdir...
08-06-2021 10:52
Son günlər mediada düşmən tərəfin Xocavənddə yeni səngərlər hazırlaması, postlar qurması ilə bağlı məlumatlar yayılır. Hətta sosial şəbəkədə bununla bağlı peyk görüntüləri də yayılıb. Rusiya sülhmərmalılarının sülhə nəzarət etməli olduğu ərazidə düşmən tərəf səngər düzəldir.
"Əgər bu məlumatlar doğrudursa, ya prosesə Rusiya dəstək olur, ya da proses Rusiyanın nəzarətindən çıxıb. Hər bir halda bu, Rusiyanın və onun sülhməramlılarının etibarına, fəaliyyətinə, nüfuzuna böyük zərbədir”.Dalidag.az bildirir ki, bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib. O qeyd edib ki, sərhəddəki erməni təxribatlarının qarşısını almağın tək yolu sərhəd pozucularının dərhal yerində məhv edilməsidir.
Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi
“Ermənistanda gərginlik və xaos davam edir. Ermənistan toplumunun Azərbaycan qarşısında aldığı ağır zərbə bir tərəfdən, pandemiya, iqtisadi çətinlik digər tərəfdən, seçkinin yaratdığı qarşıqlı ittihamlarla müşayət olunan gərginlik digər tərəfdən bu ölkənin başbilənlərini çıxılmaz duruma salıb.
Azərbaycan və Türkiyə ilə konstruktiv münasibətlər qurub bütün bəlalardan xilas olmaq əvəzinə nicatını Fransada, Rusiyada, ABŞ-da axtaran Ermənistan gah sərhəddə pozuculuqla məşğuldur, gah minalarla bağlı problemi həll etməkdən yayınır, gah yeni savaş çağırışları edir. Ermənistanın ayrı-ayrı siyasi-hərbi rəhbərlərindən gələn fikri bu dəfə məğlub dövlətin prezidenti Armen Sərkisyan “Qarabağda müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb” deməklə ifadə edib.
Rusiya və onun sülhmərmalıları da daxil olmaqla, istər Fransa, istər ABŞ, istərsə də beynəlxalq təşkilatlar hadisələrə demək olar ki, seyrçi mövqedən yanaşırlar. İkili standartlarla dolu olan bəyanatlar verirlər. Bəzi məqamlarda isə açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirlər. Minalanmış ərazilərin xəritələrini verməsi üçün Ermənistana təzyiq etmək əvəzinə Azərbaycana təsir edib mina basdırmaq üçün ərazimizə girən təxribatçıları azad etdirməyə çalışırlar.
İyunun 4-də azərbaycanlı jurnalistlərin minaya düşərək şəhid olması da beynəlxalq təşkilatları, jurnalist təşkilatlarını hərəkətə gətirmədi. Bu hadisə ilə bağlı verilən bəyanatlarda Ermənistanın açıq bir şəkildə qınanmaması onların ikili yanaşmasını bariz göstərirdi. Son günlər mediada Xocavənddə yeni səngərlərin qazılması, postlar qurulması ilə bağlı məlumatlar yayılır. Hətta sosial şəbəkədə bununla bağlı peyk görüntüləri də yayılıb. Rusiya sülhmərmalılarının sülhə nəzarət etməli olduğu ərazidə səngər düzəldirlər. Əgər bu məlumatlar doğrudursa, ya prosesə Rusiya dəstək olur, ya da proses Rusiyanın nəzarətindən çıxıb. Hər bir halda bu Rusiyanın və onun sülhməramlılarının etibarına, fəaliyyətinə, nüfuzuna böyük zərbədir.
Üçtərəfli bəyannamədən aylar keçməsinə baxmayaraq, qalaq-qalaq leşlərini yığıb qurtara bilməyən, yığdıqlarını ailələrinə verə bilməyən Ermənistan siyasi-hərbi rəhbərliyinin savaş ritorikası seçməsi, revanş açıqlamaları verməsi ağlasığmazdır. Üstəlik, öz hərbiçilərinin nümayişkaranə şəkildə Qarabağda milyonlarla mina basdırdıqlarını deməsi, xəritələrin mövcudluğundan bəhs edib onu verməkdən imtina etməsi durumu daha da qəlizləşdirir. Görünən budur ki, Ermənistan cəmiyyətindəki savaş həvəskarları olan radikal qruplar, cani Köçəryan-Sərkisyan cütlüyü durumun düzəlməsini qətiyyən istəmirlər.
Bütün bunları nəzərə aldıqda Azərbaycanın Ermənistana qarşı daha sərt davranışlar göstərməsi lazımdır. İstər Qarabağda, istərsə də Ermənistanda Azərbaycan əleyhinə atılan addımlara sərt cavablar verilməlidir. Sərhəd pozucuları yerindəcə məhv edilməlidir. Qarabağda separatçılıq fəaliyyyətlərinin qarşısını almaq üçün Ermənistanla, orada sülhə cavabdeh olan sülhmərmalılarla sərt danışmaq lazımdır. Təqdirəlayiq haldır ki, aktiv əməliyyatlardan sonra Azərbaycan ərazisində təxribatçılıqla məşğul olmaq istəyən təxribatçıları zərərsizləşdirən DTX onların istintaqını bitirib işi məhkəməyə təhvil verib. Hesab edirəm ki, sıralarında 1990-cı illərin canilərinin də olduğu bu dəstəyə ən ağır cəza verilməlidir. Bu addım Ermənistan cəmiyyətini sındıracaq, onların gözünü qorxudacaq. Sərhəddəki istənilən təxribatı ən ağır şəkildə cavablandırmaqla onların “bəlkə də qaytardıq” ümidlərini dəfn etmiş olacağıq. Azərbaycan Türkiyənin köməyindən, Rusiya-Türkiyə əməkdaşlığından istifadə edərək Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin, suverenliyin qarşılıqlı tanınması məsələlərini həll etməyə çalışmalıdır. Bizim sərt və qətiyyətli davranışlarımız Ermənistandakı radikalların ümidini öldürə, gözünü qıra bilər. Atdıqları və ya atmaq istədikləri addımların sərt qarşılığını gördükcə Ermənistan məcburən sülhə gələcək”,- deyə o bildirib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-06-2021 10:52
Baxış sayı: 4213
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23