Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Dalidag.az

Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib. Dalidag.az xəbər verir ki, bununla bağlı görüntüləri öz “Tvitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir yayımlayıb. “Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmu şəhərində prezident seçkisi barədə fikir bildirmək üçün təşkil edilən “Azad tribun”da urmulu gənc tələbini dilə gətirib. Dalidag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Video-görüntüdə urmulu gənc “Mən və mənim kimilər siyasi məhbuslarımız, o cümlədən Abbas Lisani azad olunduğu halda rəy verə bilərik” deyə, İran hökumətinin Güney Azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib. Urmulu gənc İran

Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq həlak olub. Dalidag.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmağı imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər. Dalidag.az xəbər verir bu barədə "Genaket" analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Tiqran Abramyan "Pressinq" verilişinin efiri zamanı bildirib. "Böyük ehtimalla "arsax" məsələsi artıq mövcud deyil, bu məsələ tam olaraq bağlıdır. Bu gün biz dövlətimizin və ölkəmizin sonunu görürük. Güman etmək olar ki, əgər hər şey belə davam etsə, 10

Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub. Dalidag.az xəbər verir ki, itkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir. Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar

Dünən saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzasının baş verməsi barədə xəbər vermişik. D alidag.az xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobilinin idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşməsi nəticəsində avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Dalidag.az xəbər verir ki, DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında "MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ADA Universitetində Əfqanıstandan olan diplomatlar və dövlət qulluqçuları qarşısında “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” adlı mühazirə ilə çıxış edib. Dalidag.az xəbər verir k, Mühazirə universitetin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı”

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub. Dalidag.az -ın xəbərinə görə, görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi
Yazı axını