Reklam
Zəngilanın Ağalı kənd sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib
16-06-2021 20:12

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub.
Dalidag.az-ın xəbərinə görə, görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi aparmaq məqsədilə keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Zəngilan rayonunun üçüncü Ağalı kəndində icrasına başlanan “ağıllı kənd” layihəsinin xüsusiyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Ən müasir texnologiyaların tətbiq edilməsi ilə yenidən qurulacaq yaşayış məntəqələrinə köçürülmənin könüllülük prinsipi ilə, ləyaqətlə və təhlükəsizlik şəraitində həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Ağalılılar “ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər. Layihə üzrə işlərin gedişi barədə məlumatları maraqla izlədiklərini vurğulayan kənd sakinləri işğaldan azad edilmiş doğma yurd yerlərinin hazırkı vəziyyətini görmək istəklərini İctimai Şura üzvlərinə çatdırıblar. Eyni zamanda yenidən salınan kəndə köçürülmənin təşkili ilə bağlı fikirlərini ifadə edib, bir sıra təkilflər irəli sürüblər. Köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələri nəzərə almağın vacibliyi vurğulanıb. Ağalı kəndindən olan gənclər qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı rəy və arzularını bildiriblər.
İctimai Şuranın sədri Anar Xəlilov səsləndirilən bütün təkliflər əsasında hesabat hazırlanacağını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunacağını qeyd edib.
Görüşdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsumov, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 16-06-2021 20:12
Baxış sayı: 3258Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























