Reklam
Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
18-06-2021 10:07

Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib.
Dalidag.az xəbər verir ki, bununla bağlı görüntüləri öz “Tvitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir yayımlayıb.“Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi olan ALPAGU test atışını uğurla gerçəkləşdirdi. Dayanmaq olmaz, yola davam”, - o qeyd edib.
Müdafiə Sənayesi İdarəsindən isə bildirilib ki, ALPAGU atıldıqdan sonra təxminən 10 dəqiqə ərzində uçuş həyata keçirib. PUA hədəfi təqib etmək qabiliyyətinə malikdir. Yüksək manevr qabiliyyətinə görə ALPAGU son ana qədər təsbit edilmir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-06-2021 10:07
Baxış sayı: 3246Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























