Azneftdən azca aralı köhnə İnturistin yaxınlığındakı Bəhram Gur heykəlinin fonunda çəkilmiş rəngli fotoda əli irəli uzanmış, alnı qırış-qırış, çalsaç, çəlimsiz, ağzıaçılı əsəbi Xalq şairi nəhəng gənc oğlanın çiynindəydi. Dalidag.az mərhum yazıçı Azər Abdullanın "Yekəpər" hekayəsini təqdim edir: Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə "vətəndaş, sizinləyəm, bizimlə getməlisən" deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc

İkinci Qarabağ savaşı bitsə də, Azərbaycan Ordusunun hərbi təlimləri dayanmır. Bu, ordumuzun növbəti lokal müharibəyə, antiterror əməliyyatlarına başlayacağı haqda iddiaların səslənməsinə də səbəb olub. “Növbəti müharibə başlasa, Azərbaycan Xankəndi daxil, digər əraziləri də işğaldan azad edib, bölgəyə tam və əmin sülh gətirər” kimi fikirlər səslənir. Aydındır ki, bütövlükdə Cənubi Qafqazda sülhün yaranması, bərqərar olması münaqişənin tam və birmənalı həllindən keçir. Bu baxımdan Azərbaycan

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək. Dalidag.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq: "Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan

Ermənistan tərəfindən 15 diversant əvəzində bütün Ağdam ərazisindəki minalanmış ərazilərin xəritəsinin verilməsi Azərbaycanın ilk növbədə diplomatik, daha sonra isə hərbi-siyasi uğurudur. Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, sövdələşmənin ermənilər tərəfindən ədalətli olduğu üzə çıxsa (mina xəritələri dəqiq olsa – red.), bu fakt Cənubi Qafqaz regionunun taleyi üçün böyük nəticələrə səbəb olacaq:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar. Dalidag.az

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 80 illik yubleyi münasibəti ilə “Hikmət məclisi” adlı onlayn tədbir keçirilib. Dalidag.az xəbər verir ki, “Hikmət məclisi” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutub. Məclisdə Təhsil Nazirliyinin

Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitə sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, 1988-93-cü illərdə baş vermiş münaqişə nəticəsində bir milyondan çox

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyunun 14-dək olan siyahısını açıqlayıb. Dalidag.az-ın xəbərinə görə, siyahıda itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat qeyd olunub.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb. Dalidag.az xəbər verir ki, iyunun 14-dək dəfn edilən 2 904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. "Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. "Allah bütün

Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşı Eulcekcian Viken Abrahama hökm oxunub. Dalidag.az -ın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Xatırladaq ki, dövlət ittihamçısı da təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum
Yazı axını
29 / 04 / 2024