İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti

“Sünik bölgəsinin (Zəngəzur) Gorus-Qafan-Çakaten-Şikaox-Mehri yolunun təhlükəsizliyi haqda düşünməliyik”. Dalidag.az xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Abramyan deyib. “Bu yolun bir hissəsi qarşılıqlı anlaşma nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bu, kifayət qədər böyük bir hissədir. Amma Azərbaycan ordusu istənilən vaxt digər hissələrə də nəzarəti təmin etmək imkanına malikdir”, - Abramyan bildirib./teleqraf.com Dalidag.az

Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozdu. Bu, Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır. Lakin açıq qalan sual var: niyə Kəlbəcər? Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirir və hədəf məlumdur. Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçi”lərin Azərbaycan-Ermənistan dövlət sərhədinin bütün xətti üzrə yox, məhz Kəlbəcər istiqamətində yerləşdirilməsi nəzərdə tutulur: Sotkdan

Müdafiə Nazirliyi Laçın rayonunun Bozlu kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin 26 üzvünün adları məlum olub. Dalidag.az-ın məlumatına görə, iki qrupa bölünən erməni terrorçuların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç,

Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb. Dalidag.az -ın xəbərinə görə, görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib. Prezident İlham

Ermənistanın keçmiş prezidenti, “Erməni milli konqresi” partiyasının seçki siyahısına başçılıq edən Levon Ter-Petrosyan Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyir. O, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya hərbçiləri Qarabağı tərk etsə orada bir erməni də qalmaz. “Əgər ruslar çıxsa Qarabağda bir qarabağlı (erməniləri nəzərdə tutur,-red.) də qalmaz”,-Ter-Petrosyan belə deyib. Onun fikrincə, nəyə görəsə insanların 95 faizi əmindir ki, 5

Məşhur tarixçi, erməni əsilli tədqiqatçı Filip Ekozyans Lord Corc Bayronun “erməni” uydurmasını darmadağın edib. Dalidag.az xəbər verir ki, Ekozyans yaydığı videosüjetdə dünya şöhrətli britaniyalı lordun “erməni dili” qrammatikasının müəllifi olmadığı, həmçinin bu dili normal öyrənə bilmədiyi barədə sübutlar və foto-faktlar gətirib. “Ermənilərə öyrədiblər ki, guya həmin lord “qədim erməni mədəniyyəti”nin vurğunu olub və guya erməni dilini mükəmməl öyrənərək, hətta bunların qrammatikalarının

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır. Dalidag.az-ın məlumatına görə, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib. “Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini
Yazı axını
29 / 04 / 2024