Reklam
Professor Şahlar Əsgərovun 80 illik yubleyi münasibəti ilə “Hikmət məclisi” quruldu - ŞƏKİLLƏR
14-06-2021 20:12

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 80 illik yubleyi münasibəti ilə “Hikmət məclisi” adlı onlayn tədbir keçirilib.
Dalidag.az xəbər verir ki, “Hikmət məclisi” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Məclisdə Təhsil Nazirliyinin rəsmi şəxsləri, millət vəkilləri, ziyalılar və Ş.Əsgərovun tələbələri iştirak edib. İlk olaraq professorun elmi, ictimai fəaliyyətinə, keçdiyi zəngin həyat yoluna nəzər salınıb, nailiyyətləri barədə söhbət açılıb. İştirakçılar professorun bir alim kimi üstün keyfiyyətlərindən geniş bəhs edərək, onun elmə verdiyi töhfələrin əhəmiyyətindən danışıblar. Tədbirdə Ş.Əsgərovun həyat və fəaliyyətini əks etdirən videoçarx maraqla qarşılanıb. UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən hazırlanmış əhatəli rolik vasitəsilə iştirakçılar professorun dünəninə səyahət ediblər.
Məclisdə professorun yeni çap olunan “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da təqdim edilib.
Sonda Ş.Əsgərov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Tədbiri buradan izləyə bilərsiniz.
Sevinc Qərib
Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 14-06-2021 20:12
Baxış sayı: 4463Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























