Dalidag.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.
Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar".
Radio həmçinin xatırlatmışdı ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Syunik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektara yaxın olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd İdarəsinə ayrılması barədə qərar qəbul edilib. O da vurğulanmışdı ki, həmin 7 torpaq sahəsi Ermənistan hökumətinin “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır” əsaslandırmasına əsasən Rusiya sərhədçilərinin istifadəsinə keçir. (virtualaz.org)