Reklam
Şəhidlərin xatirəsi əbədiləşdirilib - ŞƏKİLLƏR
30-06-2021 20:01

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə inşa edilib. Abidə Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və “Qartal” tikinti firmasının təşkilatçılığı ilə hazırlanıb. İyunun 30-da abidənin açılış mərasimi keçirilib.
Mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı, məcburi köçkünlərin torpaq həsrətinə son qoyduğu qürur hissi ilə vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır.
Şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və məcburi köçkünlərin doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, müasir standarlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yeni layihələr icra edilir. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, “Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov, Qubadlı, Laçın, Sumqayıt icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Komitəsi yanında İctimai Şura üzvləri, şəhid ailələri, müharibə veteranları, məcburi köçkün icmasının üzvləri iştirak ediblər.
Dalidag.az










Kateqoriya: Sosium
Tarix: 30-06-2021 20:01
Baxış sayı: 4274Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























