Qarabağ Azərbaycanın ərazisidir" - Erməni terrorçu

29-06-2021 18:15

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dalidag.az xəbər verir ki, günün ikinci yarısıbda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda müdafiçilərdən biri prosesə gəlməyib. Bu səbəbdən hakim prosesdə 10 dəqiqə fasilə elan edib.
Fasilədən sonra davam etdirilən prosesdə məlum oldu ki, vəkil ilə əlaqə saxlamaq mümkün olmayıb. Hakim bildirib ki, vəkilin məhkəmə iclasına gəlməməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət olunub.
Hakim bildirib ki, vəkilin prosesə gəlməməsi ilə bağlı fasilə elan olunur. Hakim deyib ki, vəkilin prosesdə iştirak etməməsi ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq qərar qəbul olunacaq.
Bir saatlıq fasilədən sonra vəkilin prosesdə iştirakı təmin olunub. Vəkil bildirib ki, onun prosesdə iştirak etməməsi üzürlü səbəbdən olub. Hakim bir daha belə məsələləri yol verməməsini deyib.
Daha sonra davam etdirilən prosesdə çıxış edən prokuror ittiham aktının elan etməsi ilə davam edib.
Prokurorun çıxışından sonra ittihama münasibət bildirön təqsirləndirilən şəxslər onlara özlərini elan olunmuş ittiham üzrə təqsirli bilməyiblər.
Prokuror sübutların araşdırılması məsələsinə münasibət bildirərkən deyib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi təmin olunsun, daha sonra şahidlər dindirilsin, işdə olan sübutlar araşdırılsın.
Vəkillər və təqsirləndirilən şəxslər buna etiraz etməyib. Hakimlər sübutların araşdırılmasını təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlanması barədə qərar qəbul edib.
Hovanesyan Haykaz Koryunoviçə sərbəst ifadə vermək üçün söz verilib. 2029ə0-ci ilin noyabrın 25-də onu hərbi hissəyə çağırıblar: "Ona hərbi hissədə cəbhəyə getməyi, vətənlərini sərhədlərinin qorumağı tapşırıblar. Bizi oradan Hadrutda posta apardılar. Dekabrın 13-də postu dəyişmək üçün aşağı düşdük. Komandirinin Arsen Kazariyan Bizə zəng etdi və dedi ki olduğunuz ərazilərdə torpaqlar bizim deyil".
Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt orada 10 noyabr bəyannaməsinin imzalanmasından xəbəri olub. Qeyd edib ki, həmin sazişin mətnindən xəbəri olmayıb.
Təqsirləndirilən şəxs deyib ki, noyabrın 25-dən əvvəl müharibədə iştirak etməyib: "Bizi "Ural" maşınına mindirəndə bir söz deməyiblər. Maşında olanda mən yatmışdım. Noyabrın 28-də artıq dağda idik. Həmin gündən dekabrın 13-dək olan müddətdə orada taxtaları yandırıb, qızınmışıq. Arsen Kazaryandan ora nə üçün gəlməyimizi soruşmamışıq. Onun özü də heç nə bilmirdi".
Müharibənin bitdiyi halda onların silahlanaraq dağa getmələri ilə bağlı suala cavab olaraq bildirib ki, Arsen Kazaryan onlara tərəflərin bir qərara gəlmədiyini, onların orada gözləməli olduqlarını deyib.
"Bizə dedilər ki, olduğumuz dağ Ermənistan ərazisidir. Biz dəqiq hansı tərəf olduğumuzu bilməmişik. Oranın Ermənistan postları olduğunu bilmişəm", - deyə Hovanesyan Haykaz Koryunoviç bildirib.
Qeyd edib ki, Azərbaycan ordusunun bütün torpaqları almasından xəbəri olmayıb. Vəkilin suallarına cavab verən terrorçu "Qarabağ Azərbaycanın ərazisidir" - deyə cavab verib.
Hovanesyan Haykaz bildirib ki, onlar bir yerdə 100 nəfər olublar: "Biz həbs olunanda Arsen Kazariyan və digər şəxslərin harada olduğunu bilməmişik. Bizim aramızda olanların bəziləri öz evlərinə qayıtdılar".
Hakim təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsini elan edib.
O, ifadəsində qeyd edib ki məqsədləri Azərbaycan mövqelərinə basqın etmək, mülki əhali arasında vahimə yaratmaq, yeni postlar əldə etmək olub. Təqsirləndirilən şəxs deyib ki, onların belə niyyətləri olmayıb.
O deyib ki, dekabrın 13-də Kazariyan onlara telefonla geri qayıtmaq barədə göstəriş verib: 'Biz geri qayıdanda mühasirəyə düşdük. Saxlanılandan sonra mənə fiziki və pisixi zorakılıq olmayıb".
Növbəti iclas iyulun 2-də davam edəcək.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 29-06-2021 18:15
Baxış sayı: 4175
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını