Reklam
"Ədalət tərəzisinə qoyulsa Eldarın xidmətləri qüsurundan qat-qat ağır olar..." - Sabir Rüstəmxanlı
30-06-2021 19:21

Sabir Rüstəmxanlı
Milli Məclisin deputatıİstanbulda, "İlin adamı" mükafatlarının təqdimetmə mərasimində Rumuniyadan olan türk əsilli iş adamı, Rumıniya-Türkiyə Ticarət və Sənaye odalar başkanı Dr. Tamer Atalay mənə yaxınlaşıb "Sabir bəy, biz üzüntü içindəyik, ağılasığmaz bir işdir. Niyə belə oldu?"- dedi. Düzü, öncə onun nə haqda danışdığını anlamadım... Suallarının arası kəsilmirdi: "Azərbaycan nədən böylə bir iş gördü? Bu adamın Balkanlarda yapdıqlarının dəyərini niyə bilmədiniz?"
"Söhbət kimdən gedir?" - soruşanda "Sizin böyük elçinizi, Eldar bəyi deyirəm. Rumıniyada, Balkanlarda ad çıxarmışdı. Azərbaycan üçün onun yapdığı işləri başqa kimsə görə bilməzdi. Çox başarılı və ağıllı adamdır".
Tamer bəy doğrudan da ağlamsınaraq danışırdı: "Bizim ona sayğımız böyükdür. Azərbaycanın Cümhur Başkanı, sayın İlham Əliyevə müraciət etmək istəyirik! Biz İlham Əliyevi də çox sevirik. Bəlkə, ona yanlış bilgi veriblər. Belə bir adamı həbsdə saxlamaq günahdır".
Hörmətli Tamer Atalayın səmimiyyətini, sevgisini duymamaq mümkün deyildi…
Ümid verməkdən başqa yolum yox idi: "İnşallah hər şey yaxşı olar. Biz, Azərbaycanın bir sıra aydını və millət vəkili də hörmətli prezidentimizə müraciət ünvanlayıb, Eldar Həsənovun xidmətlərinin nəzərə alınmasını və onun haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsini rica etmişik... Narahat olmayın, məsələyə ədalətlə baxılacağına inanırıq".
Rumınıyalı dostumuzun Eldar Həsənovun gördüyü işlər barədə danışıqları və onun taleyi üçün bir qardaş kimi narahat olması məni xeyli düşündürdü. İşin əsilini, Eldarın günahının nədən ibarət olduğunu bilmirəm. Ancaq bir şeyi bilirəm ki, ədalət tərəzisinə qoyulsa onun xidmətləri hər hansı qüsurundan qat-qat ağır olar. Adamlarımızı asanlıqla xərcləməyək!..
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-06-2021 19:21
Baxış sayı: 4951Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























