Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb.
Dalidag.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir.
Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər:
“Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız yoxdur. Məcbur olub arpanı, vələmiri əllə biçirik”.
Çitçiyan deyib ki, Azərbaycan Ordusu ilə aralarında bufer zona yaratmaq üçün rus sülhməramlılarını kəndə çağırıblar. Onun sözlərinə görə, İrəvan rəsmiləri də ruslarla bu barədə danışıq aparıb:
“Lakin onlar kəndi qorumağa gəlmədilər. İrəvandan isə bizə deyirlər ki, bir qədər də səbirli olaq. Nə qədər səbirli olmaq olar?”
İcma rəhbəri bildirib ki, artıq kənd camaatı bu şəkildə yaşaya bilmir. Onun sözlərinə görə, rəsmi qurumlar da onlara kömək etmək fikrindən uzaqdırlar:
“Əgər vəziyyət bu şəkildə davam edərsə, kəndlilər kəndləri tərk edəcəklər. Bir çoxları artıq qərararını belə veriblər. Onlar heyvandarlıqla məşğul ola biləcəkləri ərazilərə köçməyi qətiləşdiriblər”./hit.az
Reklam
Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”
19-07-2021 14:36

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-07-2021 14:36
Baxış sayı: 4325Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























