Kəlbəcərli məzun Böyük Britaniyada beynəlxalq hüquq üzrə təhsil alacaq - ŞƏKİL

18-07-2021 12:05

Gözəl gələcək gəncliyimizlə gələcək. O gənclik ki, uğurlu təhsil, layiqli məktəb keçib. Bu gün gəncliyimizin, gələcəyimizin uğurlarına bizə sevinmək qalır. Ölkəmizin inkişafı, dünyada yaxşı tanıtımı gənclərimizin çiyninə düşən mənəvi yükdür. Vətən qarşısında ən böyük xidmət elmlə başlayır. Bu gün Azərbaycanımızın dilbər güşələrindən biri Kəlbəcər rayonundan olan bir uğurlu gənc və onun nailiyyətləri haqqında eşitdim, sevinməmək mümkünsüz. Qürur duydum gözəl qızımızla. 
Öz zəkasıyla işıqlı gələcəyimizə nur saçan, baş tacımız zəki balamız olan  Səba Teyyub qızı Ağayevadır. Dəfələrlə ölkə üzrə keçirilən yarışlarda yüksək yer, birinciliklər qazanan fədakar şagird. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 21 nəfər məzunu qızıl nişana layiq görülüb. Onlardan biri də liseyin  11 “A” sinif məzunu, təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən Səba Ağayevadır.
Səba Ağayeva 2018-2019-cu tədris ilində Respublika Fənn Olimpiadalarının Azərbaycan dili fənni üzrə bürünc medal sahibi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəbliləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi laureatıdır.
Həmçinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan elmi-praktik konfransda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda çıxış edib, Ulu öndər  Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olub. Məzunumuzu təbrik edir, işıqlı gələcək və yeni nailiyyətlər arzu edirik! Onu da nəzərə çatdıraq ki, medalçımız Böyük Britaniyanın nüfuzlu universitetlərindən birində beynəlxalq hüquq fakültəsinə qəbul olunub. Bizlərin də səlahiyyət sahiblərinin də borcudur ki, belə gənclərimizin yüksək səviyyədə təhsil alması üçün dəstəyini əsirgəməsin. Mən burdan Təhsil Nazirliyinə, Kəlbəcər Rayonu İcra hakimiyyətinə və Kəlbəcər rayonu Millət Vəkilinə çağırış edirəm, Səba balamıza dəstəyinizi əsirgəməyin! Gənc qızımızın uğuru bir evin deyil, bütöv Azərbaycanımızın və təhsilimizin uğurudur. Səba qızımızı təbrik edir, valideyinlərinə, əzizlərinə, doğmalarına göz aydınlığı verir, üzərində əməyi olan müəllimlərinə təşəkkür edirik!

Rövşən Hüseynli

Dalidag.az





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 18-07-2021 12:05
Baxış sayı: 31 750
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını