Azərbaycan Xalq Cümhuriyyətinin memarı Məhəmməd Əmin Rəsulzadənin dilinin əzbəri olan bu misraları hər kəs yaxşı xatırlayır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!” Misraların müəllifi Əmin Abid Gültəkin, bir vətən fədaisi, bir alim, bir şair və demokratik düşüncəli şəxsiyyət olub. Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarı kimi özünü onun əsgəri sayıb. Uzun illər haqqında çox az şey məlum olsa da, 90-cı illərin sonunda alimin həyatını

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumatında bildirilir. Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı

Son günlər Başlıbel faciəsinin bütün respublikamızda tanınması, faciənin iştirakçılarınin başlarına gələn ürək ağrıdıcı hadisələrin xatırlanması oxucuların xeyli marağına səbəb olmuşdur. Lakin bəzi oxucilarımız hadisələrin birtərəfli işıqlandırıldığını iddia edirlər. Onlar bildirirlər ki, Çovdar kənd sakini Tapdıq Muradovun, Şahkərəm kənd sakinləri İsmayıl Əzimovun, Yapon Mustafayevin, Bağman Baxşəliyevin və Başlıbel kənd sakini Tutu Əliyevanın başlarına gələn hadisələr yetərincə mətbuatda öz

Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi erməni diversiya qrupunun fəaliyyətini ifşa edən faktdır. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, bu barədə artıq erməni ekspertlər “qabaqlayıcı tədbirlər” gösməyə başlayıblar. Erməni “Orbeli” analitik mərkəzinin ekspertləri etiraf ediblər ki, bu, Azərbaycanın əlinə erməni diversantların fəaliyyətini təsdiqləmək üçün əlavə fürsət verə bilər. Taron Ovannisyan adlı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi qazilərini evlərində ziyarət edib. Dalidag.az -ın məlumatına görə, görüşdə rayon rəhbəri qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə onları təbrik edərək, bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə nail oldu. Həm hərbi qulluqçularımız, həm də könüllü

Azərbaycanın suverenliyini bərpa etmədiyi ərazilərdə - Qarabağın yuxarı hissəsində tam hakimiyyəti bərqərar etməyin yolu kimi antiterror əməliyyatları təklif olunur. Cəmiyyətdən və siyasətçilərdən vaxtaşırı belə çağırışlar səslənir ki, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və ən əsası Xankəndində suverenliyin təmin olunmasının, orada qalan silahlı erməni dəstələrinin, araiklərin, balasanyanların zərərsizləşdirilməsinin mexanizmi məhz ordumuzun əməliyyatlarından keçir. Lakin hərbi əməliyyatların

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) –
Yazı axını