Reklam
Kəlbəcərdə ordumuzun maşını minaya necə düşüb? – İrəvan İFŞA OLDU
28-05-2021 11:19

Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi erməni diversiya qrupunun fəaliyyətini ifşa edən faktdır.
Dalidag.az axar.az-a istinadla xəbər verir ki, bu barədə artıq erməni ekspertlər “qabaqlayıcı tədbirlər” gösməyə başlayıblar. Erməni “Orbeli” analitik mərkəzinin ekspertləri etiraf ediblər ki, bu, Azərbaycanın əlinə erməni diversantların fəaliyyətini təsdiqləmək üçün əlavə fürsət verə bilər.
Taron Ovannisyan adlı ekspert isə Azərbaycanın bundan istifadə imkanlarını qiymətləndirərək, hadisənin guya Ermənistan ərazisində baş verdiyi təbliğatını aparmaq təklifini verib və bu istiqamətdə erməni tərəfi artıq fəaliyyətə başlayıb. Faktın onların əleyhinə olduğunun, diversantların ələ keçənə qədər eyniməqsədli fəaliyyət gerçəkləşdirdiklərinin sübut olunacağının fərqində olan ekspertlər xəritələr tərtib etməyə və yaymağa, minaya düşən Azərbaycan hərbi texnikasının ən azı “neytral ərazidə” olduğunu göstərməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycan hərbi texnikası məhz erməni diversantların bu gün yaxalandığı ərazidə 3 gün öncə minaya düşüb. Bu isə sübut edir ki, erməni diversiya qrupunun bugecəki əməliyyatı ilk deyil. Azərbaycan Ordusu bu hərbi maşın minaya düşdükdən sonra erməni diversantların növbəti əməliyyatının qarşısını alıb və 24 diversantdan 6-nı yaxalaya bilib.
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 28-05-2021 11:19
Baxış sayı: 4417Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























