Onu əngin zəkasına, biliyinə və fərqli düşüncə tərzinə görə hər zaman ayrı tutmuşam ana qohumlarımdan. İşıqlı fikirlərinə, oxumaq eşqinə, yaratmaq istəyinə sözün yaxşı mənasında qibtə etmişəm. Onun kimi pedaqoq, alim olmaq istəmişəm. Elmə həvəsi də o yaradıb məndə! Kiçikkən yay tətillərində Bakıya gələrdim. ”Şahlar əminin kabineti” adlandırdığımız otağını indi də unutmuram! Gənclikdəki üç otaqlı evin ən böyük otağı kitabxana idi... Nə yox idi, hansı kitab yox idi orada... O otağın balkonunda

Zəngəzur Azərbaycanın tarixi mahalıdır. Cümhuriyyətin süqutundan dərhal sonra bu ərazinin bir hissəsi Ermənistana verildi. Zamanla bütün mahal onların nəzarətinə keçdi. Onlar mümkün qədər kəndlərin hamısının adını dəyişdirməyə çalışıb. Dalidag.az xəbər verir ki, bizimyol.info bu məsələyə diqqət ayırıb. Zəngəzur kəndlərinin əsl adlarını araşdırdıq. Gorus – Bu rayonu Qoris adlandırır. Kəndlərin bir çoxu hələ bir əsr əvvəl baş verənlər zamanı sıradan çıxıb. Bağırbəyli və Ballıqayanı

"Bax elə o gün bu gündür ki, yer üzərindəki bu cinlər təpəmə necə vurublarsa mən hər gün Allaha məktub yazıb poçt qutusuna atıram, ancaq ünvan qeyd olunmadığından qalaq-qalaq məktublarımı geriyə qaytarıb özümə verirlər…" Dalidag.az Fərid Muradzadənin hekayəsini təqdim edir: MƏKTUB P roblemləri başından aşan dünyanın kiçik bir guşəsi olsa da böyük problemlər içində ağrıdan qıvrılan məmləkətimin sıravi bir vətəndaşı olaraq məni son zamanlar çox sıxan, sıxıntısı ilə bərabər olduqca da əzab verən

Daha bir Kəlbəcər həsrətlisi yurduna qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, Azərbaycanın sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovun bacısı Ulduz Məcidqızı vəfat edib. Bu barədə mərhumənin yaxınları məlumat verib. Qeyd edək ki, Ulduz xanım kəlbəcərlilərin pənah apardığı, kömək umduğu xeyirxah, vətənpərvər, əqidəsi bütöv bir xanım idi. Kəlbəcərdə əziyyəti, xidməti çox olub, yaddaşlardan silinməz. Allah rəhmət eləsin! Dalidag.az

Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb. Dalidag.az-ın məlumata görə, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib. Videoda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb. Videodan görünür ki, yüksək hazırlıqlı

Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti anlamağa imkan verir. Akopyanın dediklərindən çıxan nəticələr: 1. Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır. 2. Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var. 3. Xankəndi ətrafında zaman-zaman
Yazı axını