“Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsi oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun misilsiz fədakarlığı nəticəsində əldə etdiyimiz Qələbə münasibətilə keçirilən Zəfər paradından sonra bu festival ikinci böyük və təntənəli tədbir idi. Bu tarixi anlara şahid olmaq, festivalın iştirakçısı olmaq mənim üçün böyük şərəf oldu. Festivalda iştiraka dəvət olunduğum üçün tədbirin təşkilatçısı

Ermənistanın Zəngəzur vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb. Dalidag.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu"nun erməni xidməti məlumat yayıb. 6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər. Digər təfərrüatlar açıqlanmır. Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını

Video əlavə olunub. Dietoloq Mariya Malışeva 30 yaşdan sonra imtina edilməsi lazım olan məhsulları açıqlayıb. Rusiya mətbuatı xəbər verir ki, mütəxəssis həftədə dörd dəfədən çox qızardılmış qidaların yeyilməsinin piylənmə riskini artırdığını, sağlamlıqla bağlı fəsadlara yol açdığını söyləyib. Ekspertin sözlərinə görə, 30 yaşdan sonra insanda maddələr mübadiləsi yavaşlamağa başlayır, kollagen istehsalı azalır və mədə xorası, yüksək qan təzyiqi, ateroskleroz, infarkt və ya insult kimi

Bu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var. Dalidag.az xəbər verir ki, Ermənistan Baş nazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi

Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu, əbədi olacaq. Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və sərhədlərimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə, ermənilər buna alışmayıblar. Ona görə də haray-həşir salırlar. Dalidag.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bizə aid olan ərazilərin Azərbaycan

Xeops piramidasından böyük asteroid bu gün Yerə yaxınlaşacaq. Dalidag.az xəbər verir ki, bu barədə NASA-nın saytında bildirilir. Məlumata görə, 2015 KJ19 adlandırılan səma cisminin diametri 88-200 metrdir (Xeops piramidasının hündürlüyü 147 metrdir). O da vurğulanır ki, Bakı vaxtı ilə 14:04-də Yerə minimum məsafədə olacaq asteroid Yer sakinləri üçün heç bir təhlükə yaratmır. Dalidag.az

Son günlər Ermənistan cəmiyyəti Zəngəzurda, Qarabağda baş verənlərlə bağlı xüsusi narahatlıq keçirir. Şuşada festival keçirilir, Azərbaycanın qədim mahalında irəliləməsi xəbərləri gəlir. Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan ordusunun Göyçədə mövqelərini irəli çəkməsini yazır. Yuxarı Şorca kəndində bizimkilərin önə çıxdığı bildirilir. Göyçə və Qaraqoyunlu mahalını özündə birləşdirən Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan mətbuata

Bu dəqiqələrdə Fransa prezidentinin və Ermənistan baş nazirinin mətbuat xidmətləri təxribat xarakterli bəyanatla çıxış ediblər. Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə
Yazı axını