Reklam
“Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
14-05-2021 10:11
Son günlər Ermənistan cəmiyyəti Zəngəzurda, Qarabağda baş verənlərlə bağlı xüsusi narahatlıq keçirir. Şuşada festival keçirilir, Azərbaycanın qədim mahalında irəliləməsi xəbərləri gəlir.
Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan ordusunun Göyçədə mövqelərini irəli çəkməsini yazır. Yuxarı Şorca kəndində bizimkilərin önə çıxdığı bildirilir. Göyçə və Qaraqoyunlu mahalını özündə birləşdirən Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan mətbuata açıqlamasında həyəcanlanmağa ehtiyac olmadığını söyləyib. Qubernator azərbaycanlıların Göyçənin kəndində irəliləməsini təsdiqləməyib, amma inkar da edə bilməyib. Onun sözlərinə görə, tərəflər ortaq məxrəcə gələ biliblər.Ermənistan mətbuatı Azərbaycan ordusunun Göyçənin başqa istiqamətlərində də irəlilədiyini qeyd edir. Mahalın Basarkeçər və Qarakilsə rayonlarında azərbaycanlıların mövqeyini yaxşılaşdırdığı bildirilir. Yazılanlara görə, hələ aktiv əməliyyatların başa çatmasından bir az sonra Azərbaycan hərbçiləri buralarda görünməyə başlayıb. Onda qarşıdurma yaranıb. Mətbuat yazır ki, azərbaycanlılar havaların isinməsini gözləyirmiş.
Əvvəlcə Zəngəzurda vəziyyət gərginləşmişdi. Gorus merinin müavini İrina Yolyan sosial şəbəkə səhifəsində azərbaycanlıların Qızılcıq kəndi istiqamətində 3 km irəlilədiyini yazmışdı. Ermənistan məmuru iddia edirdi ki, bizim hərbçilər kəndin yaşayış evlərinə çox yaxınlaşıb. Getdikcə Qaragöl ətrafında gərginlik artmağa başladı. Laçın və Gorus rayonlarının sərhədində yerləşən su hövzəsinə nəzarət üçün tərəflər üz-üzə gəlməli oldu. Ermənistan portalları yazırdı ki, bizimkilər gölə tam nəzarət iddiası ortaya qoyur.
Ermənistanın ələ keçirəndən sonra hərfi tərcümə edərək Verin Şorja adlandırdığı Yuxarı Şorca kəndini azərbaycanlıların əsrlər əvvəl saldığı məlumdur. Çar Rusiyasının arxiv sənədlərində təxminən 200 il əvvəl burada 75 azərbaycanlının yaşadığı yazılıb. Say 80-90 il ərzində 3 dəfədən çox artıb. 1919-cu ildə daşnak quldurlar kənddə azərbaycanlılara qarşı qırğın törədib. Əhali yaşayış yerini bir neçə illik tərk etməli olub. 1988-ci ildə kənddəki bütün azərbaycanlılar qovulub. Onda Yuxarı Şorcada 1500 nəfərə qədər azərbaycanlı yaşayırmış./bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-05-2021 10:11
Baxış sayı: 4314
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar