Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə

Mayın 28-də Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib. Nazirlər Kabinetinin Mətbuat xidmətndən verilən məlumata görə, Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonra Cənubi Qafqazda yaranan yeni geoiqtisadi reallıqlara yöndəldib. O qeyd edib ki, nəqliyyat dəhlizlərinin və şaxələndirilmiş kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması təkcə

Əvəz Bəhmən oğlu Cəfərov haqqında El deyimində gözəl bir söz var, “İşıqlı adam”. Bu sözü eşidəndə nədənsə həmişə Əvəz həkim xəyalımda canlanır. Tanıyanlar bilir ki, yaraşıqlı, normal bədən quruluşuna malik olan bu gözəl insan həm gözəl həkim, nevropatoloq, həm də gözəl lətifələr sahibi idi. Demək olar ki, rayonumuzda hamı onu öz doğması kimi tanıyırdı. Allah rəhmət eləsin, Allah o dünyasını versin. İndi Haqq dünyasındadı. Ruhu şad olsun! Əvəz həkimlə bağlı qucaq-qucaq xatirələrim var. İnşallah

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin hava hücumundan müdafiə (HHM) vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb. Dalidag.az həmin görüntləri təqdim edir:

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi internet saytında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının bu ölkənin İsparta bölgəsində keçirilən dağ-komando təlimlərində iştirakına dair fotoları yayıb. Dalidag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İsparta Terrorla mübarizə Tədris və Təlim Komandanlığında keçirilən dağ-komando təlimlərində iştirak edən qəhrəman Azərbaycan əsgərləri dağlıq ərazilərdə axtarış-zərərsizləşdirmə əməliyyatlarını məşq edirlər. Xatırladaq ki, bu günlərdə

Rusiyanın Sərhəd Qoşunları Zəngəzurda mövcudluğunu artırıb. Dalidag.az xəbər verir ki, bu məlumatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yayıb. Onun sözlərinə görə, sərhəd qoşunlarının yeni kontingentinin bölgəyə gətirilməsi, Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədardır. O, Ermənistandakı Rusiya hərbçilərinin artan yüklə xidmət etdiyini vurğulayıb. Qeyd edək ki, bundan öncə Ermənistan hökuməti Qafan, Mehri və Texdə Rusiyaya pulsuz əsasda torpaq sahələrin verilməsi

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun komandasını ən çox tənqid edənlərdən biri ölkənin ilk prezidenti Levon Ter-Petrosyandır. Keçmiş dövlət başçısı indiki hakimiyyəti bacarıqsız adlandırıb. Ter-Petrosyan Paşinyan komandasının zamanında Qarabağı Azərbaycana qaytarmaq imkanını əldən verdiyini, məhz buna görə böyük məğlubiyyətə uğradığını deyib. Dalidag.az xəbər verir ki, Paşinyan Ermənistanın ilk prezidentinin ittihamlarına cavab verib. Baş nazir

2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb. Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557
Yazı axını